Accessibility links

Azərbaycanın kənd təsərrüfatı istehsalçıları ABŞ-da səfərdədir


USAID-in dəstəyi ilə 12 azərbaycanlı kənd təsərrüfatı istehsalçısı kənd təsərrüfatı mütəxəssislərilə görüşmək üçün mayın 2-dən ABŞ-da səfərdədir. Azərbaycanlı istehsalçılar ABŞ-ın Kaliforniya ştatında Amerikada istehsal olunmuş kənd təsərrüfatı avadanlıqları, meyvə-tərəvəz istehsalçıları, meyvələrin çeşidlənməsi, saxlanılması ilə tanış olub.

USAİD/Azerbaijan Facebook səhifəsində yazır ki, Cəlilabaddan olan üzüm istehsalçısı Əliyar Nağıyev John Deere avadanlığını "sınaq yürüşündən" keçirib.

Azərbaycanın kənd təsərrüfatı istehsalşıları ABŞ-da səfərdədir
Azərbaycanın kənd təsərrüfatı istehsalşıları ABŞ-da səfərdədir

“Səfərdə iştirak edən meyvə istehsalçılardan Məmməd Ələkbərov ABŞ-dan yeni meyvə növlərinin tinglərini almağı düşünür. Onun sözlərinə görə bu, Azərbaycanda istehsal olunan (Made in Azerbaijan) meyvə növlərinin artırılmasına gətirib çıxaracaq. Bu da biznes üçün müsbət hal olacaq. İştirakçılardab biri Eldar Zalov Quba rayonunda alma və albalı bağlarının sahibdir. O, bu il özünün ilk soyuducu anbarını inşa etməyi planlaşdırır. Zalov Layv Ouk şəhərində yerləşən soyuducu anbarda şahid olduğu innovativ üsulların onun biznesini daha səmərəli və effektiv edəcəyini söyləyib”, məlumatda qeyd edilir.

Azərbaycanın kənd təsərrüfatı istehsalşıları ABŞ-da səfərdədir
Azərbaycanın kənd təsərrüfatı istehsalşıları ABŞ-da səfərdədir

Azərbaycanlı kənd təsərrüfatı istehsalçıları həmçinin Merisvildə yerləşən Mayk Noland fermasına və Kortlandda yerləşən Grin və Hemli fermasına baş çəkərək meyvələrin çeşidlənməsi və qablaşdırılması üçün işlətdilən avadanlıqlarla tanış olub.

“Azərbaycanda bu işlər adətən əl ilə həyata keçirilir. Bu cür avadanlıqlar vaxta və pula qənaət edə bilər. Həmin istehsalçılar Azərbaycanda da bu üsullardan istifadə etməyi düşünür. Bu, Azərbaycanda kənd təsərrüfatı istehsalında yeni mərhələ ola bilər”, USAİD/Azerbayjan facaebook səhifəsində bildirir.

USAİD/Azerbaijan hesab edir ki, müasir texnoloji yüksək keyfiyyətli avadanlıqlar Azərbaycanda kənd təsərrüfatı fəaliyyətlərinin səmərəliyini və effektivliyini artıra bilər.

XS
SM
MD
LG