Accessibility links

Fələstin rəsmiləri Vaşinqtondakı səfiri geri çağırır


Fələstin rəsmiləri Vaşinqtondakı səfiri geri çağırdıqlarını bildirib. Məqsəd Birləşmiş Ştatlarla gələcək münasibətləri müzakirə etməkdir.

Bu qərar dekabrın 31-də açıqlanıb. Ayın əvvəlində isə ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.

Fələstinin rəsmi WAFA xbər agentliyinin məlumatına görə, xarici işlər naziri Riad əl-Malki səfir Husam Zomlotu məsləhətləşmələr üçün çağırıb.

Nazir bildirib ki, müzakirələrdən sonra səfir “normal işinə” qayıdacaq.

Fələstinlilər Qüdsü gələcək dövlətlərinin paytaxtı hesab etdiklərindən bu qərar onları qəzəbləndirib.

İsrail Qüdsün şərqini ilhaq etsə də, beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

XS
SM
MD
LG