Accessibility links

Amerika səfiri Nic kəndində olub


Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar
Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar

R.Morninqstar bələdiyyə rəhbəri, udinlərin dini rəhbəri, bərpa edilmiş Alban kilsəsinin rəhbəri ilə görüşüb

Amerikanın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələ rayonunda tanışlıq səfərindədir.

Səfirliyin mətbuat xidmətindən Turan agentliyinə bildirilib ki, mayın 13-də səfir rayon icra hakimiyyətində olub, sonra ingilis dilinin intensiv öyrənilməsi proqramında iştirak edən məktəblərdən birində olub. Səfir məktəbin şagirdləri ilə tərcüməçisiz danışıb.

Bu gün səfir udinlərin yaşadığı Nic kəndinə gedib, yerli kilsədə olub. Bələdiyyə rəhbəri, udinlərin dini rəhbəri, eyni zamanda bərpa edilmiş Alban kilsəsinin rəhbəri ilə görüşüb. Qonağa udinlərin tarixi və mədəniyyəti barədə məlumat verilib.

Səfər ənənəvi, işgüzar xarakter daşıyır. Məqsəd Azərbaycanın regionları ilə tanışlıqdır.
XS
SM
MD
LG