Accessibility links

ABŞ səfirliyi Amerika incəsənət əsərlərini nümayiş etdirib


ABŞ incəsənət əsəri
ABŞ incəsənət əsəri

“Səfirliklərdə incəsənət" proqramının 50 illik yubileyi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikadan Azərbaycana 15 ədəd yeni incəsənət əsəri gətirib və bu incəsənət əsərləri səfir Robert Sekutanın igamətgahında nümayiş etdirilib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində məlumat yayılıb.

ABŞ incəsənət əsəri
ABŞ incəsənət əsəri

Məlumatda deyilir ki, bu proqram Azərbaycan rəssamlarına amerikalı həmkarlarının əsərləri vasitəsilə Amerika mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir.

“Biz incəsənətin insanları və mədəniyyətləri bir araya gətirən ümumdünya dili olduğuna inanırıq”.

ABŞ Dövlət katibi Con Kerri deyib: "Səfirliklərdə incəsənət" proqramı insanlar arasında sərhədləri aşaraq qarşılıqlı ehtiram, güvən və anlayışa əsaslanan münasibətlər yaradır", o qeyd edib.

XS
SM
MD
LG