Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş sərgi açılacaq


Məhəmməd Əmin Rəsulzadənin heykəli
Məhəmməd Əmin Rəsulzadənin heykəli

Sərgidə Rəsulzadənin foto şəkilləri, kitabları və sənədlər nümayiş etdiriləcək

Yanvarın 28-də saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri, görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş "Tarixin bir səhifəsi" adlı sərgi təşkil olunacaq. Bu barədə Mədəniyyət və Turizmi Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sərgidə M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən, tarixçi Ədalət Tahirzadənin şəxsi arxivindən 30 ədəd fotoşəkil, muzeyin fondunda saxlanılan kitablar, sənədlər nümayiş etdiriləcək.
XS
SM
MD
LG