Accessibility links

Respublikaçılar səhiyyə xidməti ilə bağlı qanunun yeni versiyasını hazırlayıb


Senatın respublikaçı üzvləri səhiyyə xidməti ilə bağlı qanun layihəsinin yeni versiyasını hazırlayıb.

Bir neçə həftə sürən hazırlıqlardan sonra senator Mitç Makkonnel qanun layihəsini respublikaçı həmkarlarına təqdim edib, bunun ardınca 142 səhifəli sənədi internetdə yayıb.

"Biz hərəkətə keçməliyik. Obamacare orta sinfə zərbədir" - deyə senator bildirib.

Respublikaçılar yeni qanun layihəsini qüvvədə olan qanunla Nümayənədlər Palatasının təklif etdiyi qanun arasında komprimis mahiyyəti daşıdığını deyir.

Washington Post qəzetinin yazdığına görə qanun layihəsi Obamacare-i maliyyələşdirən vergilərin ixtisarını, ştatların özlərinə seçim imkanı verməklə yanaşı, planlaşdırılmış ailə proqramını ləğv edir.

Bundan əlavə yaşlıları səhiyyə xidməti ilə təmin edən Medicaid proqramının maliyyələşdirilməsi də məhdudlaşdırılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG