Accessibility links

Uşaqların kütləvi zəhərlənməsinə "Rotavirus" səbəb olub


Uşaq

Laborator araşdırmalar zamanı məlum olub ki, Sumqayıtda və Abşeronun bəzi yaşayış məntəqələrində uşaqların kütləvi zəhərlənməsinə "Rotavirus" səbəb olub. Son günlər 136 uşaqda bu vuris aşkar edilib. Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Hazırda Sumqayıt uşaq xəstəxanasında 46 uşaq stasionar müalicə alır. Onların vəziyyəti qənaətbəxşdir və tezliklə evə buraxılacaqlar.

İnfeksion yoluxmanın baş verdiyi ərazidə tibbi-profilaktik tədbirlər, əhali arasında isə sanitar-maarifləndirmə işləri aparılır.

Rotavirus
Rotavirus

Yoluxma mənbəyi içməli sudur. Ancaq hazırda suyun keyfiyyəti standartlara uyğundur, mətbuat xidməti bildirib.

Suya virusun necə düşməsi məlum deyil. İçməli su müəssisələrində təhlükəsizlik qaydalarına əməl olunur, su əhaliyə verilməzdən öncə mütləq yoxlanılır.

Hazırda su mənbələrində virus aşkar edilməyib.

Bununla yanaşı, virusun suyun təchizat sisteminə necə düşdüyünü açıqlamır.

Tibbi üzrə ekspertlər bildirir ki, çox zaman virus orqanizmə çirkli qida məhsulları və çiy su ilə daxil olur. Eyni zamanda hava-damcı yolu ilə yoluxmaq mümkündür.

"Rotavirus"a istənilən yerdə yoluxmaq olar. Bir qayda olaraq bu, adamların çox olduğu yerlərdə - uşaq bağçaları, məktəblər, ofislər, ictimai nəqliyyatda və s. baş verir. İnfeksiyanın yayılma mənbəyi xəstə və ya virusdaşıyıcı ola bilər. Xəstəlik insandan insana keçir. Bir ərazidən qısa müddət ərzində çoxlu sayda uşağın eyni əlamətlərlə xəstəxanaya müraciət etməsi və onların “ratovirus”la xəstələnməsi bu infeksiyanın su vasitəsilə yoluxması haqqında fikir söyləməyə imkan verir”. Bunu isəSəhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.

Rotavirus
Rotavirus

İ. Abdullayev APA agentliyinə bildirib ki, “Azərsu” ASC-nin işçiləri mərkəzin əməkdaşları ilə birgə Sumqayıtın uşaqlar arasında kütləvi yoluxma halı baş verən ərazilərində su paylayıcı şəbəkənin bütün xətlər üzrə hərəkət istiqamətlərində su nümunələri götürəcəklər. Bu prosesin bir neçə gün davam etdiriləcəyini deyən İ.Abdullayev qeyd edib ki, əhali arasında sanitariya-müalicə tədbirləri həyata keçirilir, çiy sudan istifadə etməmək, meyvə-tərəvəzlərin çiy su ilə yuyulmaması, şəxsi gigiyena qaydalarına əməl olunması barədə sanitar-epidemik maarifləndirmə tədbirləri aparılır.

XS
SM
MD
LG