Accessibility links

İcbari tibbi sığorta genişləndirilir


Tibbi sığorta
Tibbi sığorta

Prezident İlham Əliyev iyulun 19-da Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsini nəzərdə tutan sərəncam imzalayıb.

Beynəlxalq məsləhətçinin xidmətini ödəmək üçün dövlət büdcəsindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon (bir milyon üç yüz min) manat ayrılıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2007-ci ilin dekabrında yaradılıb. Amma 9 ildən sonra icbari tibbi sığorta sistemi tətbiq olunmağa başlanılıb.

2016-cı ildən pilot qaydada sistemi ilə Mingəçevir və Yevlax rayonu, 2018-ci ildən isə Ağdaş rayonu əhatə olunub. Hələlik bütün sığorta xidmətləri dövlət büdcəsindən ödənilir. 2017-ci ildə bu sistemin saxlanması dövlət büdcəsinə 21 milyon 396,7 min manata (12,5 milyon dollar) başa gəlib. Bu il xərclər 16 milyon manat (9,4 milyon dollar) səviyyəsində proqnozlaşdırılır.

XS
SM
MD
LG