Accessibility links

Bu il nikaha daxil olmaq istəyən 105 şəxsdə AİDS aşkar edilib


aids

Azərbaycanda nikaha girmək istəyən 105 şəxsdə AİDS (Acquired Immune Deficiency Syndrome - İnsanda İmmunçatışmazlığı Virusu) aşkar edilib.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə 2018-ci il yanvarın 1-dən avqustun 31-dək nikahdan öncə 93 min 138 nəfər tibbi müayinədən keçib.

Müayinədən keçənlərin 2 min 773 nəfərində talassemiya daşıyıcılığı aşkar olunub. Nigahdan əvvəl 242 nəfərdə siflis xəstəliyi aşkar edilib.

8 ayda nikaha girmək istəyənlərdən 105 nəfərində isə HİV1/2 (AİDS) xəstəliyinin qeydə alındıgı bildirilir.

Nazirlik 2015-ci ilin iyun ayından bəri 457 min 422 nikaha daxil olan şəxsin müayinədən keçdiyini qeyd edir. Onlardan 16 min 847 nəfərdə talassemiya, 1575 nəfərdə siflis, 387 nəfərdə isə HİV1/2 (QİÇS) aşkar edilib.

2015-ci ildə Azərbaycanda “Ailə Məcəlləsi”nə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən 2015-ci ilin iyunundan nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər.

Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarını da təsdiqləyib. Həmin qaydalarda tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib.

Tibbi müayinələrin Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində pulsuz həyata keçirildiyi bildirilir.

XS
SM
MD
LG