Accessibility links

İsa Qəmbər: Müsavatçılıq ideologiyasının qələbəsi qaçılmazdır


İsa Qəmbər (
İsa Qəmbər (

Yanvarın 27-də Müsavat Partiyası Məclisi yanvarın 27-də keçirilən sessiyasında 2018-ci il prezident seçkiləri ilə bağlı seçki qərargahı yaradıb.

Seçki qərargahına Mərkəzi Seçki Komissiyasının üzvü Gülağa Aslanlı rəhbərlik edəcək.

Müsavat partiyasının 2014-cü ildə keçirilən qurultayında İsa Qəmbərin prezidentliyə namizədliyi irəli sürülüb.

Müsavat Partiyasının Məclisi
Müsavat Partiyasının Məclisi

İsa Qəmbər məclis üzvləri qarşısında çıxışında bildirib ki, yaşamaq eşqi, mübarizə aparmaq, ölkədə dəyişiklik etmək, xalqı inkişaf yoluna çıxarmaq əzmi həddindən artıq önəmlidir.

“Azərbaycan üçün 20 Yanvar bitməyib. Çünki Azərbaycanı gerçək müstəqil həyatı ilə yaşamağa imkan verməyən Rusiya imperializmi mövcudluğunu davam etdirir. Bu siyasəti davam etdirən Putin hakimiyyəti mövcudluğunu davam etdirir. Vəzifə naminə, hakimiyyət naminə Moskvanın hər bir tapşırığını həyata keçirməyə hazır olan şəxslər Azərbaycanda hakimiyyətdə əyləşiblər. Sabah onlara deyilsə, SSRİ-nin bərpasına da imza atarlar, rus ordusunun Azərbaycana gəlməsinə də imza atarlar. Yenə də şöhrət naminə populizmə hazır olan, vəzifə naminə, karyera yüksəlişi naminə hər cür avantürizmə hazır olan insanlar Azərbaycan siyasətində at oynatmaqda davam edirlər. 20 Yanvarı doğuran şərtlər bu gün bütün gücü ilə ortadadır“, o qeyd edib.

Müsavat Partiyasının Məclisi
Müsavat Partiyasının Məclisi

İsa Qəmbərəmindir ki, Müsavat Partiyası 2018-ci ildə prezident seçkilərində uğur qazanacaq.

“20 Yanvar təqvimimizdə yer aldığı kimi, 31 Yanvar Günü də var. Məhəmməd Əmin Rəsulzadənin dünyaya gəldiyi bir gün var. Bu böyük şəxsiyyətin öz dostları, silahdaşları ilə birgə Azərbaycana bəxş etdiyi yol, ideologiya var, - müsavatçılıq yolu, müsavatçılıq ideologiyası. Bu yol haqq-ədalət yoludur. Bu yolla gedənlərin qələbəsi qaçılmazdır. O qələbənin ili, ayı, günü sual ola bilər. Amma, qələbənin olması qaçılmazdır, mütləq olacaq. Bir daha bəyan edirəm ki, bu yolu birgə gedəcəyik, bu yolu sonadək gedəcəyik. Tanrı bizə nə qədər sağlamlıq, ömür ayrıbsa o qədər gedəcəyik və bir yerdə də qalib gələcəyik. Sizin simanızda bütün Azərbaycan xalqına 2018-ci ildə, cümhuriyyətimizin 100-cü ildönümündə qələbələr qazanmaq, uğurlar qazanmaq arzulayıram”, Müsavatın prezidentliyə namizədi partiya üzvlərinə müraciət edib.

XS
SM
MD
LG