Accessibility links

Şəkidə AXCP fəalları cərimə olunub


Şəkidə qədim zindan qarşısında flash-mob (Foto Sahib Kərimovun Facebook səhifəsindən götürülüb)
Şəkidə qədim zindan qarşısında flash-mob (Foto Sahib Kərimovun Facebook səhifəsindən götürülüb)

Bu gün Şəki rayon Məhkəməsi AXCP Gənclər Komitəsinin Şəki rayon şöbəsinin üzvü Vüqar Rzayevi 400 manat və həbsdə olan Anar Məmmədlinin rəhbəri olduğu Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi mərkəzinin yerli koordinatoru Razim Rzayevi 500 manat cərimə edib. Bu barədə Amerikanın Səsinə AXCP Şəki rayon təşkilatının sədri Əli Abdullayev bildirib.

Hər iki fəal sentyabrın 17-də saat 14 radələrində yerli polis tərəfindən saxlanıb.

Onlar İnzibati Xətalar Məcəlləsinin 298.2-ci maddəsi ilə (yeri, vaxtı, küçə yürüşünə münasibətdə marşrutu qanunla müəyyən edilmiş qaydada razılaşdırılmamış toplantıda iştirak etmə-beş yüz manatdan min manatadək miqdarda cərimə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs) məhkəmə qarşısına çıxarılıb.

Fəallar bir ay əvvəl hüquq müdafiəçisi Rəsul Cəfərovun ad günü münasibətilə Şəkidə keçmiş zamanlarda həbs olunan insanların saxlandığı qalanın binası qarşısında keçirilən flaş-mobun iştirakçıları olub.

Belə ki, avqustun 17-də AXCP Şəki rayon şöbəsi həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun doğum günü münasibətilə flaş-mob keçirib.

Bundan sonra flaş-mobda iştirak edən AXCP Şəki şöbəsinin sədri Əli Abdullayev və rayon təşkilatının Ali Məclisinin sədri Rauf Abdürrəhmanlı inzibati qaydada 5 sutka həbs edilib, məclis üzvü Mübariz Əbdülkərimov və Gənclər Komitəsinin sədri İslam Həsənov 500 manat cərimələnib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG