Accessibility links

İki amerikalı hakim Bakıda seminar keçirib


Azərbaycanlı hakimlər üçün seminar keçirmək məqsədilə ABŞ-ın iki federal hakimi Bakıya gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin məlumatında deyilir.

Seminar ABŞ-ın Kommersiya Departamenti Kommersiya Qanunvericiliyinin İnkişafı Proqramı çərçivəsində oktyabırın 30-31-də həyata keçirilib.

"Azərbaycan Ədliyyə Akademiyası ilə birgə keçirilən iki günlük seminarda mubahisələrin alternativ həll olunması sahəsində iştirakçıların bacarıqlarının artırılması nəzərdə tutulub", məlumatda deyilir.

Seminarı ABŞ hakimləri Barrington D. Parker və Pol Otken həyata keçirib.

Onlar yerli və beynəlxalq biznes və hüquq şirkətlərinin təmsilçiləri, Bakı Dövlət Universitetinin tələbələri ilə görüşüblər.

Kommersiya Departamenti Kommersiya Qanunvericiliyinin İnkişafı Proqramı tərəfindən Azərbaycana çoxsaylı proqramlar təqdim edilib. Proqramlarda məqsəd Azərbaycanda ədliyyə imkanlarını və qanunun aliliyinin inkişafını təmin edərək biznes və investisiyalar üçün daha cəlbedici mühiti gücləndirməkdir.

XS
SM
MD
LG