Çərşənbə günü müxbirlər qarşısında çıxış edən Senatın Kəşfiyyat Komitəsi üzvləri Trampın yaxın ətrafı haqqında səs-küylü bəyanat vermədirlər.
“Seçki kampaniyası və Rusiya arasında əlaqələrin olub-olmaması sualı hələ də açıqdır. Görülməli hələ çox iş var. Amma biz artıq baş verənləri daha aydın görməyə başlayırıq.”
Hər bir halda, 100 şahid ilə danışdıqdan və 100,000-ə yaxın sənədi gözdən keçirdikdən sonra komitə ictimaiyyətin qarşısına çıxmaq qərarı verdi.
“Rusiyanın müdaxiləsi 2016-cı ilin seçki günündə bitmədi.”
“Mən onu təsdiq edə bilərəm ki, Rusiya kəşfiyyatı qərarlı və ağıllıdır. Bu səbəbdən növbəti kampaniyalarda hər bir seçki rəsmisinin buna ciddi yanaşmasını tövsiyə edirəm.”
ABŞ müstəntiqləri inanırlar ki, Rusiya hakerləri tərəfindən ABŞ ştatlarının yarısında səsvermə sisteminə daxil olmaq cəhdləri olub. Amma göründüyü qədərilə onlar buna müvəffəq olmayıblar…
“Biz əsaslı şəkildə bildirə bilərik ki, bu cəhdlərin səsvermə nəticəsinə təsiri olmayıb.”
Yaxın həftələrdə keçiriləcək seçkilərin və növbəti ilin ara seçkilərinin təhlükə altında olması ehtimalı hələ də mövcuddur.
“Sən iki və ya üç ştata, hətta iki və ya üç seçki dairəsinə müdaxilə etməklə bütün seçkinin nəticələrini dəyişə bilərsən.”
Rusiyanın sosial media platformalarını istifadə etməklə dezinformasiya və xaos yayması cəhdləri də aşkara çıxarılıb.
“Mən əvvəlcə sosial media platformaları şirkətlərinin bu təhlükəyə ciddi yanaşmadıqlarını görəndə çox narahat idim. İnanıram ki, artıq təhlükəni dərk etməyə başlayıblar. Onlar bizi lazımi məlumatlarla təmin edirlər.”
Kəşfiyyat komitəsinin sədri Burr deyib ki, Rusiya keçən seçkilərdə kifayət qədər uğurlu olub və müxtəlif səviyyədə xaos yarada bilib. Rusiyanın bu müdaxiləsində Tramp kampaniyasının iştirakının olub-olmaması isə hələ də araşdırılır.