Accessibility links

Senata hansı partiya nəzarət edəcək?


Şimali Karolina, Meyn və Corciya da daxil olmaqla, bir çox ştatda seçkilərin nəticələri olduqca yaxın olduğu üçün ABŞ Senatına hansı partiyanın nəzarət edəcəyiq eyri-müəyyən olaraq qalır.

Koloradoda demokratlar əsas rol oynayıb. Belə ki, respublikaçı Kori Qardner keçmiş qubernator, demokrat rəqibi Conn Hikenluperə qalib gəlib. Qardner bir vaxtlar seçkilərin döyüş meydanı sayılan bu ştatda qalan sonuncu respublikaçıdır.

Tərəfsiz Cook Siyasi Araşdırma Mərkəzinin bildirdiyinə görə, çərşənbə axşamı günü seçkilərdə iştirak edən Senatın 35 yerindən 7-si artıq məğlub olub.

Senatdakı respublikaçıları çərşənbə axşamı 53-47 səslə çoxluğa sahib olub. Onlar bu il demokratlardan iki qat çox yeri saxlamaq üçün çətin bir seçki dövrü ilə qarşılaşıb.

Alabama yerini respublikaçılar tutub. Belə ki, Tramp tərəfindən təsdiqlənən keçmiş futbol məşqçisi Tommi Tubervill hazırkı demokrat senator Douq Consu məğlub edib.

Tommi Tubervill
Tommi Tubervill

Koloradodakı qələbə və Alabamadakı məğlubiyyəti ilə prezidentliyə demokrat namizəd Co Bayden qələbə əldə etsə, Senatda 3, Donald Trampın isə yenidən seçilsə 4 yerə ehtiyacı olacaq.

Demokratların ABŞ Nümayəndələr Palatasında əksəriyyətini qoruması ilə Senatın nəzarəti Ağ Evin növbəti sahibinin gündəminin müvəffəq olması üçün vacib sayılıq.

Ali Məhkəmə və federal hakimlərə gələcək təyinatları məhz Senatdakı əksəriyyət nəzərdən keçirəcək.

Senataın nəzarətində Corciya ştatının da rolu böyükdür. Belə ki, bu ştatın Senatdakı hər iki yeri səsverməyə çıxarılıb.

Senatın çoxluq lideri Mirç Makkonell gözlənildiyi kimi rəqibi demokrat Emi Makqrata qalib gəlib. Baxmayaraq ki, Makqrata olduqca yaxşı maliyyələşdirilmişdi.

Respublikaçılar Ayova, Meyn və Şimali Karolinadakı seçki nəticələrini diqqətlə izləyir.

Demokratlar Senata nəzarəti ələ keçirsə Makkonel artıq liderlik vəzifəsində olmayacaq, Onun yerinə Nyu-Yorkun demokrat senatory Çak Şumer keçəcək.

Çak Şumer
Çak Şumer

Trampın ikinci bir müddətə qələbə qazansa Ağ Evin nəzarətində respublikaçılar və Konqresdə demokratların olması ilə bölünmüş bir hökumət, və ya Bayden qalib gəlsə, həm Konqres, həm də Ağ Evdə demokratlar olmaqla vahid bir hökumət ehtimalı mövcuddur.

Nümayəndələr Palatasında demokratların gələn 5 il üçün üstünlük qazanacağı təxmin edilir.

Palatanın spikeri Nensi Pelosinin vəzifəsinə yenidən seçiləcəyi gözlənilir.

Müxbirlərlə görüşü zaman Pelosi deyib ki, bu seçkilər ya Amerikanı öz ruhuna qaytararaq, ölkəni qorxu, ya da ümid yolunu seçməsinə aparacaq.

Şərhlərə bax

XS
SM
MD
LG