Accessibility links

Senat səhiyyə islahatlarına dair debatların başlanmasına səs verir 


ABŞ Senatı respublikaçıların keçmiş prezident Barak Obamanın qəbul etdiyi səhiyyə xidmətləri planının dəyişdirilməsinə dair respublikaçıların təşəbbüsü ilə bağlı debatlara başlanılmasına səs verib.

Səsvermə bərabər səslə nəticələndiyinə görə, vitse-prezident Mayk Pensin bir səsi əlavə edilib. Beləliklə, respubikaçıların təşəbbüsü 51 lehinə, 50 əleyhinə səslə qəbul edilib.

“Biz daha onu qəbul etməli deyilik”, Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell hazırkı səhiyyə qanunu nəzərdə tutaraq bildirib.

Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell
Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell

Makkonnell Obamacare adı ilə tanınan səhiyyə xidmətləri planının dəyişdirilməsi səylərinin irəliləməsində əsas rollardan birini oynayır. Lakin son ay qanun layihəsinin iki müxtəlif variantının təsdiq edilməsi üçün kifayət qədər səs toplanmayacağı aydın olduqdan sonra o, bir qədər geri çəkilməyə məcbur olub.

Senatda səsvermənin keçirilməsinə baxmayaraq, Makkonnellin qanun layihəsinin hansı variantının qəbul edilməsinə çalışacağı hələ məlum deyil. Respublikaçı qanunvericilər Senatda səsverməyə qoyulan layihənin Obamacare planını daha çox dəyişdirmək şansı olduğunu bildirir. Senat layihənin qısaldılmış variantını təsdiq etsə, iki müxtəlif layihədəki fərqləri aradan qaldırmaq üçün Nümayəndələr Palatası və Senatın birgə komissiyası yaradılmalı olacaq.

Prezident Tramp çərşənbə günü səhər Tvitter mesajlarında Senatı Obamacare planını ləğv etməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG