Accessibility links

Senator Emi Klobuşar: “Dürüst Reklamlar Aktı ödənişli siyasi reklamlara şəffaflıq və cavabdehlik gətirəcək”


ABŞ-da ara seçkilərə təxminən bir il müddət qaldığı bir zaman, hər iki partiyanın qanunvericiləri ABŞ-da onlayn siyasi reklamların nizamlanması ilə bağlı qanun layihəsi üzərinə işləyir.

Bu təşəbbüs 2016-cı il ABŞ seçkiləri zamanı Rusiya elementləri tərəfindən amerikalılara ünvanlanan reklamlara böyük məbləğ xərclənilməsi ilə bağlı faktların ortaya çıxmasından sonra irəli sürülüb.

Federal seçkilər üzərində yurisdiksiyaya malik olan Senatın Qaydalar Komitəsinin aparıcı demokratı, senator Emi Klobuşar qanun layihəsində nələr daxil edildiyini belə izah edir:

“Bizim tərəfimizdən təqdim olunan və Dürüst Reklamlar Aktı adlanan qanun layihəsi mövcud olan reklam qaydalarını onlayn reklamlara tətbiq etməklə, ödənişli siyasi reklamlara şəffaflıq və cavabdehlik gətirəcək. Bu, edilməli olan düzgün və ədalətli dəyişiklikdir. Bu nə gətirəcək? İlk növbədə, qanunları yeniləyərək, siyasi reklamların onlayn satışı zamanı mövcud reklam qaydalarına riayət olunması. İkincisi isə milyonlarla istifadəçisi olan onlayn platformalar tərəfindən bu cür siyasi reklamlarla bağlı məlumatın ictimaiyyət üçün əlçatan edilməsi.

Bu qanun layihəsi Arizona təmsilçisi və Senatın Silahlı Qüvvələr Komitəsinin sədri, senator Con Makkeynin dəstəyinə sahibdir.

Facebook, Google və Twitter kimi platformalar qanun layihəsinə öz tövhələrini vermək imkanı əldə edəcəklər. Həmin şirkətlərin nümayəndələri Senatın Kəşfiyyat Komitəsinin növbəti aya planlaşdırılımış dindirmələrində ifadə verəcəklər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG