Senatın Xarici Əlaqələr Komitəsi prezident Barak Obamaya Suriyaya qarşı kimyəvi silahlardan istifadə etdiyinə görə hərbi əməliyyatlara başlamaq üçün səlahiyyətlərin verilməsinə dair qətnaməni 10 lehinə, yeddi əleyhinə səslə qəbul edib.
Sənəddə 90 gün ərzində məhdud qaydada hərbi əməliyyatların keçirilməsinə icazə verilir və ABŞ əsgərlərinin Suriya torpağına ayaq basmayacağı bildirilir.
Sənəd Senatda ümumi səsverməyə çıxarılacaq. ABŞ Konqresinin Nümayəndələr Palatasında da qətnamə ilə bağlı səsvermə keçiriləcək.
Səsvermədən öncə Stokholmda olan prezident Obama deyib ki, Syriyanın kimyəvi silahlardan istifadə etməsi məsələsinə münasibət bildirməməsi beynəlxalq ictimaiyyətin etibarına birbaşa təsir göstərəcək.
ABŞ prezidenti əlavə edib ki, kimyəvi silahlardan istifadə edilməsinə qadağa onun tərəfindən qoyulmayıb, bu prinsip Birinci Dünya Müharibəsindən sonra dünya ölkələri tərəfindən qəbul edilib.