Accessibility links

Senatdakı yerlər uğrundakı yarışda Trampın rolu [Video]


Senatdakı yerlər uğrundakı yarışda Trampın rolu
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Senatdakı yerlər uğrundakı yarışda Trampın rolu

Donald Tramp ətrafında gedən mübahisələr prezidentlik uğrunda yarışda böyük rol oynasa da, o eyni zamanda, Konqresə hansı partiyanın nəzarət edəcəyini müəyyən edəcək seçkilərin də mərkəzindədir. Builki siyasi ab-hava demokratların Senatda əksəriyyətə malik ola biləcəyinə işarə etsə də, Trampın Senata seçilmək uğrunda mübarizə aparan respublikaçı namizədlər üçün problem yaratdığına da dəlil çox azdır.

Demokratlar Donald Trampı hədəf alıb.

Respublikaçılar üçün ən böyük problem onların əsas tərəfdarlarıdır, səsverməyə gəlib səs verən insanlar hələ də Donald Trampı dəstəkləyir.
Con Fiheri

Demokratlar həm də respublikaçı qanunvericiləri onların prezidentliyə namizədləri ilə sınağa çəkir və onlara qarşı öz sözləri ilə hücum edir.

Bu yaxınlarda bəzi Respublikaçılar açıq şəkildə Trampı rədd edib.

“Mənim üçün partiyamın namizədindən imtina etmək xoş bir hal deyil,” deyə senator Con Makkeyn bildirib.

Başqaları isə gah onu dəstəkləyir, gah da rədd edir və ya könülsüz bir çəkildə onun arxasında durur və demokrat namizəd Hillari Klintonun ondan daha pis olduğunu iddia edir.

“Mən məxfi məlumatları Hillari Klintona etimad edə bilmərəm. O bu məlumatları gizli saxlaya bilmədiyini sübut edib,” deyə Respublikaçı senator Marko Rubio bildirib.

“Respublikaçılar üçün ən böyük problem onların əsas tərəfdarlarıdır, səsverməyə gəlib səs verən insanlar hələ də Donald Trampı dəstəkləyir,” deyə respublikaçı məsləhətçi Con Fiheri bildirir.

Donlad Tramp - Hillari Klinton
Donlad Tramp - Hillari Klinton

Demokratlar Senatda əksəriyyəti ələ keçirmək üçün Hillari Klinton qalib gəlsə dörd, Donald Tramp qələbə açlsa isə beş yer qazanmalıdır.

“Məncə, biz Senatdakı əksəriyyəti geri alacağıq. Respublikaçılar partiyası acınacaqlı vəziyyətdədir və onların namizədləri, yəni hazırda vəzifədə olan senatorlar Trampla nə edəcəklərini bilmir.

Respublikaçılar bu il Senatda demokratlardan iki dəfə çox yeri qoruyub saxlamaga çalışır. Senatdakı nüfuzlu respublikaçılar çətin sınaq qarşısında olduqlarını anlayır.

Ancaq rəy sorğuları respublikaçıların fəlakətlə üzləşəciyinə işarə etmir. Partiyanın əksər yüksək səviyyəli senatorları yenidən seçilmək üçün rəqiblərindən xeyli öndədir. Başqalarına gəldikdə isə onlarla demokrat rəqiblər arasında sadəcə bir neçə faiz səs fərqi var və bəziləri hətta öndə gedir və Klinton prezident seçilsə, ona qarşı mübarizə apara bilmək üçün yerlərini saxlamağın vacib olduğunu iddia edirlər.

Əgər Donald Tramp seçkidə 10 faiz səs fərqi ilə məğlub olsa, Nümayəndələr Palatası təhlükəyə girəcək. Senat isə onsuz da silkələnəcək.

“Bu seçkidə kimin qalib gəlməsinə baxmayaraq, ABŞ Senatında Birləşmiş Ştatların gələcək prezidentinə qarşı müqavimət göstərəcək insanları olmalıdır.”

Bununla belə respublikaçı strateqlər ehtimal edir ki, Tramp Konqresdə respublikaçıların məğlubiyyətinə başa gələ bilər.

“Əgər Donald Tramp seçkidə 10 faiz səs fərqi ilə məğlub olsa, Nümayəndələr Palatası təhlükəyə girəcək. Senat isə onsuz da silkələnəcək.”

Hələlik isə demokratlar respublikaçıları Trampla sınağa çəkməyə davam edəcək, respublikaçılar isə onlara müqavimət göstərməyə çalışacaq.

XS
SM
MD
LG