Accessibility links

Senatda Trampın kabinetinə yüksək vəzifələrə nominasiyalarla bağlı dinləmələr keçirilir


ABŞ-ın BMT-də səfiri vəzifəsinə nominasiya olunmuş Cənubi Karilona ştatının qubernatoru Nikki Heyli
ABŞ-ın BMT-də səfiri vəzifəsinə nominasiya olunmuş Cənubi Karilona ştatının qubernatoru Nikki Heyli

ABŞ Senatında Donald Trampın hakimiyyətdə gələcək administrasiyasında yüksək vəzifələrə nominasiya göstərdiyi namizədlərin təsdiqi ilə bağlı dinləmələr keçirilir.

Senatın Xarici Əlaqələr Komitəsində ifadə verən ABŞ-ın BMT-də səfiri vəzifəsinə nominasiya olunmuş Cənubi Karilona ştatının qubernatoru Nikki Heyli prezident Barak Obama administrasiyasının BMT Təhlükəsizlik Şurasında İsrailin işğal olunmuş Fələstin ərazilərində yaşayış məntəqələri salınmasını qınamağa yol verməsini tənqid edib.

ABŞ-İsrail münasibətləri keçən ay Obama administrasiyasının İsrailin işğal olunmuş ərazilərdə yaşayış məntəqələri inşa etməsinə son qoymağa çağıran qətnamənin səsə qoyulduğu zaman bitərəf qalmasından sonra ən aşağı səviyyəyə enib. Rikki Heyli ifadəsində BMT-nin “çox vaxt Amerikanın milli maraqlarının əleyhinə getdiyini” və “BMT-nin İsrailin boykotuna təşviq edəcək beynəlxalq şərait yaratmağa çalışdığını” bildirib.

Maliyyə naziri vəzifəsinə nominasiya edilmiş Vilbur Ross
Maliyyə naziri vəzifəsinə nominasiya edilmiş Vilbur Ross

Demokratların Heylinin Rusiya ilə və ABŞ kəşfiyyat orqanlarının Rusiyanın prezident seçkilərinə Trampın xeyrinə müdaxilə etməyə çalışdığına dair hesabatı ilə əlaqədar suallar verəcəyi gözlənilir.

Trampın Maliyyə naziri vəzifəsinə nominasiya etdiyi milyarder Vilbur Rossun təsdiqi ilə bağlı Senatın Maliyyə komitəsində dinləmə keçirilir.

Qanunvericilər ona dünya ölkələrində biznes əlaqələri və Trampın Amerikadan ixracın artırılmasına dair verdiyi vədlərlə bağlı suallar verir.

Səhiyyə və Sosial Xidmətlər departamentinin rəhbəri vəzifəsinə nominasiya edilmiş konqresmen Tom Prays
Səhiyyə və Sosial Xidmətlər departamentinin rəhbəri vəzifəsinə nominasiya edilmiş konqresmen Tom Prays

Təsdiq edilsə, Ross hakimiyyətə gələcək yeni prezidentin ABŞ fəhlələrinin müdafiəsi və əsas etibarilə çoxmillətli korporasiyaların faydalandığı qlobalizasiya kimi qarşıya qoyduğu hədəflərə nail olunmasına görə məsuliyyət daşıyan departamentə rəhbərlik edəcək.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri vəzifəsinə nominasiya edilən Oklahoma ştatının baş prokuroru Skott Pruitt
Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri vəzifəsinə nominasiya edilən Oklahoma ştatının baş prokuroru Skott Pruitt

Senatın Səhiyyə, Təhsil, Əmək və Təqaüd komitəsində Donald Trampın Səhiyyə və Sosial Xidmətlər departamentinin rəhbəri vəzifəsinə nominasiya etdiyi konqresmen Tom Praysın namizədliyinin təsdiqi ilə bağlı dinləmə keçirilir. Ortoped-cərrah olan Prays Trampın 20 prezident Barak Obamanın milyon amerikalının tibbi sığorta ilə təmin edilməsinə yol açmış səhiyyə proqramının ləğvi planları ilə bağlı sualları cavablandırıb.

Trampın Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri vəzifəsinə nominasiya etdiyi Oklahoma ştatının baş prokuroru Skott Pruitt qanunvericilərin enerji sənayesi ilə əlaqərinə dair çətin sualları ilə qarşılaşıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG