Accessibility links

Kəşfiyyat rəsmiləri prezident Trampla söhbətlərini açıqlamayıb


ABŞ-ın iki kəşfiyyat rəsmisi qanunvericilərə prezidentin Rusiyanın seçkilərə müdaxiləsinin ilə bağlı heç bir təzyiqinə məruz qalmadıqlarını deyib.

Mən heç vaxt kəşfiyyatın siyasi baxımdan formalaşdırılmasına, müdaxilə və maneə tələbi ilə təzyiqə məruz qalmamaşam

Milli Kəşfiyyat İdarəsinin diretoru Dan Koats və Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Maykl Rocers Senatın Kəşfiyyat komitəsində ifadə verib. Onlar son aylar Trampla görüşlərinin detallarını açıqlamayacaqlarını bildirib.

Dan Koats
Dan Koats

"Mən heç vaxt kəşfiyyatın siyasi baxımdan formalaşdırılmasına, müdaxilə və maneə tələbi ilə təzyiqə məruz qalmamaşam. Bu hazırda aparılmaqda olan araşdırmalara da aiddir" - deyə Koats bildirib.

Washington Post qəzeti mart ayında Koatsun 17 kəşfiyyat agentliyinin işinə nəzarət üçün təyinatından sonra Trampın ondan o zamankı FBİ direktoru Ceyms Komi və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flinnin işinə müdaxil etməsini istədiyini yazıb. Tramp Flinni vəzifəsinin 24-cü günü vitse-prezident Mayk Pensə Rusiya səfiri ilə görüşü barədə yalan məlumat verdiyinə görə işdən çıxarıb.

Koats Ağ Ev görüşlərinin ictimai şəkildə müzakirəsinin yolverilməz olduğunu deyib.

Maykl Rocers
Maykl Rocers

Rocers də eyni mövqedən çıxış edərək, Trampla söhbətlərini açıqlamayacağını deyərək, prezidentdən onun kampaniyası zamanı Rusiya ilə əlaqələrini gizlətməsi barədə heç bir təzyiq almadığını bildirib.

O, hazırkı vəzifəsində 3 ildir çalışdığını və bu müddət ərzində qanunsuz, etikadan kənar, mənəviyyatsız və yersiz hesab etdiyi heç bir iş üçün yönləndirilmədiyini deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG