Accessibility links

Alabama senatına namizədin adı cinsi qalmaqalda hallanır


ABŞ-ın Alabama ştatından senatorluğa namizəd Roy Mur təxminən 40 il əvvəl 14 yaşlı qıza qarşı münasib olmayan əlaqə qurmaqda günahlandırılır.

Vaşinqton Post qəzetini bildirilir ki, Leiht Korfman adlı qadın Roy Muru 1979-cu ildə ona qarşı cinsi qısnamada ittiham edib.

Korfmanın sözlərinə görə, həmin vaxt 32 yaşında olan Roy onu öz evinə çağıraraq, orada Korfmana gözəl olduğunu deyərək, onu öpüb. Korfman ikinci dəfə evə gələndə hadisələr daha da inkişaf edib və Mur paltarlarını soyunaraq onun sinəsinə toxunub.

Mur bu ittihamları Demokrat Partiyası və Vaşinqton Post tərəfindən onun seçki kampaniyasına ziyan vurmaq üçün planlaşdıran yalan xəbər adlandıraraq inkar edib.

Murun sözlərinə görə, əgər ittihamlar doğru olsa idi əvvəlki kampaniyalar zamanı üzə çıxardı.

“Bu cür tullantılar saxta xəbər sözünün həqiqi təsviridir” - deyə, Roy qeyd edib.

Ağ Evin mətbuat katibinin sözlərinə görə, prezident Donald Tramp inanır ki, əgər ittihamlar doğru olsa Mur doğru qərar verərək namizədliyini geri çəkəcək.

Bu ittihamdan sonra daha 3 qadın Roy tərəfindən cinsi təcavüzə məruz qaldığını iddia edib. Qadınların hamısı həmin vaxt 16 ilə 18 yaş arasında olub.

Senatın çoxluq lideri Miç Makkonel Mura çağırış edərək günahlandırmaların doğru olduğu təqdirdə seçkilərdən çəkilməsini təklif edib.

Makkonel bütün respublikaçı senatorlar adından rəsmi bir bəyanat verərək "Əgər bu iddialar doğrudursa, o geri çəkilməlidir"- deyə, bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG