Accessibility links

Güllələnən ABŞ senatorları


Luiziana ştatından respublikaçı konqresmen Stiv Skalis bu gün Virciniya ştatının Aleksandriya şəhərində güllə yarası alıb.

2011-ci ildə Arizonanı təmsil edən Konqres üzvü Qabriel Giffords Tuskon şəhərindəki görüş zamanı başından güllələnib.

Qabriel Giffords
Qabriel Giffords

Hücumdan xilas olan Gifford silah zorakılıqlarına qarşı aktiv fəaliyyət aparır.

Kaliforniyadan demokrat konqresmen Leo Rayan 1978-ci ildə təyyarəyə minərkən çoxsaylı güllə yarasından dünyasını dəyişib.

Leo Rayan
Leo Rayan

Mississippi senatoru Con Stennis 1973-cü ildə evi qarşısında iki güllə yarası alıb.

Con Stennis (Soldan)
Con Stennis (Soldan)

Nyu-York senatoru Robert Kennedi isə Los-Anjelesdə 1968-ci ildə prezidentlik uğrunda seçkiqabağı kampaniyası zaman etdiyi çıxışdan sonra öldürülüb.

Robert F. Kennedi
Robert F. Kennedi

1954-cü ildə Miçiqandan Elvin Bentli, Alabamadan Kennet Roberts, Merilendden Corc Fallon, Ayovadan Ben Censeb və Tennissidən Klifford Devis 4 Puerto-Rikalının güllə hücumuna məruz qalsa da, hamısı xilas ola bilib.

XS
SM
MD
LG