Accessibility links

İki respublikaçı senator Trampın mediaya hücumlarını kəskin tənqid edib


ABŞ-ın iki respublikaçı senatoru prezident Donald Trampı onun prezidentliyi haqda tənqidi yazılarla əlaqədar mediaya qarşı daim hücumlara keçdiyinə görə kəskin tənqid edib. Onlar bildirib ki, bu hücumlar demokratik cəmiyyətlərin əsasını təşkil edən azad və açıq xəbər mediasına zərbə endirir.

Prezident Trampı tez-tez tənqidlərə məruz qoyan Arizona senatoru Ceff Fleyk Senatda etdiyi çıxışında deyib ki, Trampın mediaya qarşı alçaldıcı münasibəti sovet diktatoru İosif Stalinin münasibətinə bənzəyir. O, Trampın mediaya hücumlarının “presedenti olmayan” və “əsassız” olduğunu bildirib.

“Bu, bizim demokratiyamızın vəziyyətini göstərir ki, bizim öz prezidentimiz İosif Stalinin düşmənlərini təsvir etdiyi sözlərdən istifadə edir”, Fleyk keçən il fevral ayında Trampın ABŞ-ın xəbər agentliklərini “Amerika xalqının düşmənləri” adlandırmasına işarə edərək bildirib.

“Qeyd etmək lazımdır ki, `xalqın düşmənləri` o qədər mənfi bir ifadədir ki, Stalinin xələfi Nikita Xruşşov ondan istifadə etdilməsini qadağan etmişdi”, senatot Fleyk əlavə edib.

“Despotizm xalqın düşmənidir. Azad mətbuat isə despotun düşmənidir, buna görə azad mətbuat demokratiyanın müdafiəçisidir. Əgər hakimiyyətdə olan şəxs onun üçün əlverişli olmayan mətbuatı `saxta xəbər` adlandırırsa, o zaman mətbuat deyil, həmin şəxs şübhələrin subyekti olmalıdır”, respublikaçı senator sözünə davam edib.

Senator Con Makkeyn
Senator Con Makkeyn

ABŞ-ın nüfuzlu respublikaçı senatoru, 2008-ci ildə prezidentliyə namizəd olmuş Con Makkeyn The Washington Post qəzetində yazdığı baş məqalədə bildirib ki, Trampın sevmədiyi məlumatları tez-tez “saxta xəbərlər” adlandırması “onun sözlərindən demokratiyanın əsas sütunlarından biri olan mətbuatı susdurmaq və bağlamaq üçün istifadə edən xarici ölkə liderləri tərəfindən diqqətlə izlənilir.”

Əgər hakimiyyətdə olan şəxs onun üçün əlverişli olmayan mətbuatı `saxta xəbər` adlandırırsa, o zaman mətbuat deyil, həmin şəxs şübhələrin subyekti olmalıdır
Senator Ceff Fleyk

Arizona ştatından senator yazıb ki, Trampın “azad mətbuatı zəiflətmək cəhdləri repressive hökumətləri məsul tutmaq işini çətinləşdirir. On illərdir dissidentlər və insan hüquqları müdafiəçiləri azadlıq uğrunda mübarizəni davam etdirmək üçün hökumətdə korrupsiya ilə bağlı müstəqil təhqiqatlara arxalanıb. Lakin `saxta xəbərlər` haqda bu daimi qışqırıqlar bu kimi təhqiqatı sarsıdır və fəalları onların bu ən güclü vasitələrindən birindən məhrum edir.”

Trampın sevmədiyi məlumatları tez-tez “saxta xəbərlər” adlandırması onun sözlərindən demokratiyanın əsas sütunlarından biri olan mətbuatı susdurmaq və bağlamaq üçün istifadə edən xarici ölkə liderləri tərəfindən diqqətlə izlənilir
Senator Con Makkeyn

Prezidnt Donald Trampın hakimiyyətdə birinci ildönümünün tamam olması ərəfəsində ona qarşı tənqidlər televiziya şou aparıcısının prezidentin “ilin ən ləyaqətsiz və ən korrupsiyalaşmış mediası mükafatlarını” elan edəcəyini deməsindən sonra səslənir. Tramp çərşənbə günü mükafatları elan edəcəyini bildirib, lakin onun cədvəlində buna işarə edən heç bir tədbir yoxdur.

Trampın sözlərinə görə, mükafatlara “müxtəlif kateqoriyalarda haqsız və pis işıqlandırma” daxil edilib.

Tramp hələlik nə senator Fleykin bəyanatlarına, nə də senator Makkeynin məqaləsinə reaksiya verməyib. ABŞ prezidenti ayrı-ayrı jurnalistlər və media qurumlarını onunla haqsız davranmaqda ittiham etdiyi halda, ona mediada müsbət qiymət verənləri tərifləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG