Accessibility links

Nüfuzlu senatorlar Nigerdə əsgərlərin ölümü ilə bağlı ətraflı məlumat almaq istəyir


ABŞ-ın nüfuzlu senatorları bu ayın əvvəli Amerikanın dörd əsgərinin Nigerdə pusqu zamanı həlak olmasından sonra bazar günü Ağ Evdən ABŞ-ın Nigerdə hərbi müdaxiləsi ilə bağlı daha ətraflı məlumat verməsini istəyiblər.

NBC tele şirkətinə ayrı-ayrı müsahibələr zamanı respublikaçı Lindsi Qraham və demokrat Çarlz Şumer deyib ki, onlar keçən həftə respublikaçı senator Con Makkeynin hücumla və ABŞ-ın İslam Dövləti qrupuna qarşı Afrikanın qərbindəki bu ölkədə kampaniyasının miqyası ilə bağlı detalların araşdırılması üçün səylərinə dəstək verir. Həm Qraham, həm də Şumer ABŞ-ın Nigerdə əsgəri qüvvəsinin sayından xəbərsiz olduqlarını bildirib.

Senator Lindsi Qraham
Senator Lindsi Qraham

“Mən Nigerdə 1000 əsgərin olduğunu bilmirdim. Bu, sərhədləri və vaxt və coğrafi baxımdan məhdudiyyətləri olmayan müharibədir. Siz bizə daha çox məlumat verməlisiniz”, senatorlar bildirib.

“Biz hərbi planda dünyada harada olduğumuzu və nə etdiyimizi bilmirik. Buna görə də Makkeyn bu suala cavab verməyimiz üçün yeni bir sistem yaratmağa çalışır. Biz orada nə qədər əsgərimiz olduğunu biləcəyik və əgər kimsə orada həlak olsa, biz bunu qəzetdən öyrənməyəcəyik”, Qraham deyib.

O daha sonra əlavə edib: “Mən ailələrə deyə bilərəm ki, onlar Amerikanı müdafiə ediblər. Onlar bizim müttəfiqlərimizə kömək etmək üçün orada idilər. Onlar Amerikaya və bizim müttəfiqlərimizə qarşı yeni platformadan hücumun qarşısını almaq üçün orada olublar.”

ABŞ Senatında demokrat azlığın lideri Çak Şumer
ABŞ Senatında demokrat azlığın lideri Çak Şumer

Senator Şumer isə deyib: “Biz diqqətli olmalıyıq. Bu, qəribə bir dünyadır. Hərbi əməliyyatlar üçün aydın planlar yoxdur.”

O bildirib ki, xarici ölkələrdə hərbi əməliyyatlara icazə verilməsi üçün 16 il bundan əvvəl 2001-ci ildə 11 sentyabr terror hücumlarından sonra qəbul edilmiş qanunun yenidən nəzərdən keçirilməsi tərəfdarıdır.

ABŞ senatoru Con Makkeyn
ABŞ senatoru Con Makkeyn

ABŞ-ın müdafiə naziri Cim Mattis keçən həftə Qraham və Senatın Silahlı Qüvvələr Komitəsinin sədri olan Makkeynə deyib ki, hərbi qüvvələr əks-terror strategiyasını həyata keçirərkən diqqəti daha çox Afrikaya yönəldir. O bildirib ki, hərbi rəhbərlik mümkün terrorçulara qarşı qücdən istifadə imkanlarının genişləndirilməsinə çalışır.

ABŞ rəsmiləri Nigerdə hücumun İslam Dövləti qrupunun yerli şəbəkəsi tərəfindən törədildiyinə inanır. Pentaqon hücumun təfərrüatları ilə bağlı təhqiqatı davam etdirir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG