ABŞ-ın şərq sahillərini təsirinə məruz qoyan güclü qasırğa səbəbi ilə ölənlərin sayı 90-ı ötüb. Sendi təkcə Nyu-York və Nyu-Cersidə 59 adamın ölümünə yol açıb.
Benzindoldurma stansiyalarında yanacaq üçün iki kilometrlik növbələr yaradıb.
Lakin Nyu-Yorkun meri Maykl Blumberq bazar gününə təyin edilən marafonun ləğv edilməyəcəyini bəyan edib. Tədbirin təxirə salınması onsuz da ağır vəziyyətlə üzləşən bizneslərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Belə ki, marafon şəhərə minlərlə insanı cəlb etməklə yanaşı, Nyu-Yorka milyonlarla dollar gətirir.
Aşağı Manhattan və ətrafları hələ də işıqsızdır. Metro və avtobus xidmətləri qismən bərpa edilib. Daşqınlara məruz qalan tunellər və binalar təmizlənir.
Şəhərdə 3 nəfərdən az sərnişini olan maşınların hərəkəti yasaqlanıb. Məktəblər hələ də bağılıdır. Çoxmərtəbəli binaların sakinləri elektrik olmadığı üçün liftsiz qalıb.