Accessibility links

11 sentyabr muzeyi ilə bağlı mübahisələr bu il muzeyin açılışını təxirə salıb


2001-ci il 11 sentyabr terror aksiyalarından 11 il ötür. Nyu Yorkdakı muzey keçən ildən etibarən istifadəyə verilib. Bir il ərzində muzeyi 4 milyondan çox insan ziyarət edib.

Hadisə baş verən bölgədə faciənin ildönümü münasibəti ilə açılan muzeyin təmir işləri maliyyə və digər mübahisələr səbəbi ilə dayandırılıb və müzeyin açılışı təxirə salınıb. Monika İkens həyat yoldaşı Mayklı hücumda itirib. “Bu, utandırıcı bir haldır. Buraya gələnlər muzeyin niyə açılmadığını soruşur. Onlara problemin pulda olduğunu necə izah edək?”

Muzeyin ekponatları faciənin əyani sübutlarıdır. Burada Əl-Qaidə haqda məlumatla yanaşı, hadisənin qurbanlarının şəkilləri də yer alır. Cim Riçesin oğlu Cimmi terror aksiyasının qurbanı olub.O, terrorçuların şəkillərinin müzeydə qoyulmasının əleyhinədir.
“Bu, terrorçular üçün məşhurlar zalını xatırladır. Onların şəkillərinin nümayişi məndə belə hiss oyadır.”

Lakin mübahisələrə səbəb olan kolleksiya heç vaxt nümayişə çıxarılmayacaq. Bu, kimliyi müəyyən edilməyənlərin qalıqlarıdır. Muzeyin 7 təbəqəli zirzəmi hissəsi qurbanların ailə üzvləri və tibbi ekspertlərdən başqa hamıya bağlı olacaq.

Nyu York şəhəriin meri, muzey fondunun direktoru Maykl Blumberq isə bildirir ki, gələcək DNK testləri üçün qalıqların saxlanmasına yer lazımdır.
“Kimliyi aşkar edilməyənlərin qalıqları texnologiya inkişaf etdirildikdən sonra tibbi ekspertizalar üçün lazım ola bilər.”

Digər bir məsələ ateistlərin məhkəmə şikayətidir. Onlar xaç şəkilli polad tirin nümayişinin əleyhinədir. Muzey isə bunun dini obyekt deyil, hadisənin sübutu kimi nümayiş etdirildiyini bildirir.
XS
SM
MD
LG