Accessibility links

Minsk sülh müqaviləsi gücləndirilir


Ukrayna prezidenti Petro Poroşenko Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından silahlı polis qüvvələrini Minsk sülh müqaviləsini gücləndirmək üçün separatistlərin olduğu Ukraynanın şərqinə göndərilməsinə dair razılıq əldə edildiyini deyib.

Berlində aparılan danışıqlarda Rusiya, Fransa və Almaniya liderləri iştirak edib.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının missiyası və Minskdə əldə edilən atəşkəsin həyata tətbiqi üçün yol xəritəsinin detalları yekunlaşdırılmalıdır.

Razılıq Ukrayna ordusu və Ukraynanın şərqində rusiyapərəst separatçılar arasında bir neçə genişmiqyaslı döyüşlərlə müşayiət olunub. Buna baxmayaraq mübarizə davam etdirilib və siyasi razılığın əldə edilməsinə nail olunub.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı polisinin üzərinə düşən başlıca öhdəlik Ukraynanın şərqində yerli seçkilərin keçirilməsi üçün təhlükəsizliyi təmin etməkdir. Bu, 2015-ci ildə əldə edilən Minsk razılığının əsas şərtidir.

Belarusiyanın paytaxtında Ukrayna, Rusiya və separatist üsyançıların nümayəndələri tərəfindən imzalanan bu razılıq Ukraynanı mərkəzləşdirilmiş idarəçiliyi dayandırıraq, hazırda separatçıların nəzarətində olan şərq regionunun müstəqil idarə edilə bilməsi üçün qanuna dəyişiklik etməsinə çağırır.

XS
SM
MD
LG