Günün ən maraqlı fotoları!
Dünyadan görüntülər
1
Cənubi Koreyalı ətraf mühit fəalları Seulda qlobal iqlim dəyişikliyinə qarşı etiraz zamanı qara geyimlə yanan Yer Kürəsini əks etdirirlər.
2
Fransanın cənubunda Marsel şəhərində qəzəbli restoran və bar sahibləri Fransa hökümətinin şənbə günü koronavirusun yayılmasının qarşısını almaq məqsədilə ictimai iaşə obyektlərini bağlamaq qərarına etiraz edirlər.
3
Çində bir kişi oktyabrın 1-də qeyd olunan Çin Milli Günündən öncə Pekinin Çanqan Avenyusunda tibb işçisi formasında hazırlanmış çiçəklər önündə selfi çəkdirir.
4
Williams komandasının sürücüsü Nikolas Latifi Rusiyada keçiriləcək Formula 1 Qran Pri-dən öncə məşq sessiyasında iştirak edir.