Accessibility links

Serbiya Putinlə təbii qazla bağlı razılaşma əldə etdiyini açıqlayıb


Serbiya prezidenti Aleksandr Vuçiç

Ukraynada müharibənin qızışdığı bir vaxtda Serbiya prezidenti bazar günü Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Rusiya ilə təbii qazla bağlı "son dərəcə əlverişli" razılaşma əldə etdiyini açıqlayıb.

Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməkdən imtina edib və ölkəsi Moskvaya qarşı Qərb sanksiyalarına qoşulmayıb. Vuçiç Serbiyanın Avropa İttifaqına qəbul olunmasını istədiyini ddia edir, lakin o, son illər uzun zamandır müttəfiqi olan Rusiya ilə əlaqələrini möhkəmləndirib.

Qaz müqaviləsi çox güman ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun iyunun əvvəlində Belqrada səfəri zamanı imzalanacaq. Bu, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı təcavüzü başlayandan bəri yüksək səviyyəli Rusiya rəsmisi tərəfindən Avropa ölkəsinə nadir səfəri olacaq.

Vuçiç bildirib ki, o, Putinə "sülhün mümkün qədər tez bərqərar olmasını" arzuladığını deyib.

Serbiya demək olar ki, tamamilə Rusiya qazından asılıdır və onun əsas enerji şirkətlərinin əksəriyyəti Rusiyanın mülkiyyətindədir.

“Mən sizə deyə bilərəm ki, biz Serbiya üçün çox əlverişli olan əsas elementlər üzərində razılığa gəldik. Biz üç illik müqavilə imzalamağa razılaşdıq ki, bu müqavilə Serbiya tərəfinə çox uyğun gələn müqavilənin ilk elementdir,” keçmiş rusiyayönlü ultramillətçi Vuçiç jurnalistlərə deyib.

Əgər Avropa İttifaqı üzv ölkələr üzərindən gedən Rusiya qazını dayandırmaq qərarına gəlsə, Serbiyanın Rusiya qazını necə alacağı bəlli deyil. Rusiya artıq Aİ üzvləri Finlandiya, Polşa və Bolqarıstana qaz ixracını dayandırıb.

Avropa İttifaqı hərbi müdaxilədən sonra Rusiya enerjisindən asılılığını sürətlə azaldır və bazar ertəsi başlayan liderlər sammiti zamanı bunun yollarını daha geniş müzakirə etməyə və Ukrayna prezidenti Volodimir Zelenskini dinləməyə hazırlaşır.

İşğal səbəbilə Ukraynada baş verən vəhşiliklər haqda xəbərlərə baxmayaraq, Vuçiç və Serbiyanın digər liderləri Rusiyaya qarşı sanksiyalara qoşulmaq üçün Qərbin təzyiqindən şikayətlənirlər. Serbiya rəsmiləri deyirlər ki, Balkan ölkəsi Aİ-yə daxil olmaq məqsədindən əl çəkməklə nəticələnsə belə bu təzyiqlərə müqavimət göstərməlidir.

Vuçiçin 10 illik avtokratik hakimiyyəti və amansız Kremlpərəst təbliğatı altında Serbiya tədricən Rusiya ilə müttəfiqliyə doğru irəliləyir. Sorğular göstərir ki, ölkədə əksəriyyət Aİ-dən daha çox Moskva ilə ittifaqa qoşulmağa üstünlük verir.

"Prezident Vuçiçin prezident Putinlə əldə etdiyi razılaşma Serbiyanın anti-Rusiya isteriyasında iştirak etməmək qərarına nə qədər hörmət edildiyinin sübutudur," daxili işlər naziri Aleksandar Vulin bildirib.

“Azad lider, azad insanlar, Serbiya üçün faydalı olan qərarlar qəbul edir və Qərbdən gələn əmrləri qəbul etmir,” Rusiyayönlü mövqeyi ilə tanınan Vulin deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski BMT Baş Katibini və Türkiyə prezidentini Lvivdə qəbul edib
please wait

No media source currently available

0:00 0:13:32 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG