BMT iki fərqli cinayətdə ittiham edilən sabiq bosniyalı serb hərbi lider Ratko Mladiçin məhkəmə prosesini sürətləndirmək və tezliklə müharibə cinayətində şübhəli bilinən bu yaşlı şəxsə hökm çıxarmalıdır. Keçmiş Yuqoslaviyada müharibə cinayətinə dair proses üzrə BMT-nin baş ittihamçısı Mladiçi ilk növbədə 1995-ci ildə 8000 müsəlman kişi və oğlanın öldürüldüyü Sreberenika soyqırımında ehtimal edilən iştirakına görə mühakimə edilməli olduğunu deyib. Bundan sonra Mladiç Bosniya paytaxtı Sarayevonu 44 ay mühasirədə saxladığına görə, ittiham ediləcək. O zaman Sarayevoda 10000 insan həlak olmuşdu.
Serb generalı iki məhkəmə ilə üzləşir
- Amerikanın səsi
