Accessibility links

Serena Uilliams İlin İdman Adamı adını qazanıb


U.S. tennis champion Serena Williams on the cover of Sports Illustrated Magazine, Dec. 14, 2015.
U.S. tennis champion Serena Williams on the cover of Sports Illustrated Magazine, Dec. 14, 2015.

Birləşmiş Ştatların əsas idman jurnalllarından biri olan Sports Illustrated tennis ulduzu Serena Uilliamsı İlin idman adamı adlandırıb.

34 yaşlı Uilliams 2015-ci ildə yaşından çox, yəni 53 matçda qələbə qazanıb və yalnız 3 matçda uduzub. O həmçinin ən böyük dörd tennis turnirlərindən üçünün qalibi olub. Bunlar Avstraliya və Fransa Açıq Turniri, habelə Uimbldondur. Sentyabr ayında o, ABŞ Açıq Turnirinin yarım-finalında məğlub olaraq ilin Qrand Şlem turnirini qazanmaq imkanını itirib.

Sports Illustrated-in baş redaktoru Kristian Stonun sözlərinə görə, Serenanın jurnalın üz qabığındakı şəkli öz istəyinə əsasən çəkilib. Çəkildə Ulliams dikdaban ayaqqabı və qara krujevalı trikoda qızıl taxtda oturub.

Baş redaktor jurnalın vebsaytında ideyanın Uilliamsa aid olduğunu və beləliklə onun qadın incəliyini, gücünü və qüdrətini nümayiş etdirmək istədiyi bildirib.

Kristian Ston həmçinin bildirib ki, Sports Illustrated Serenanın mükəmməl karyerası və 21 Qrand Şlem tituluna görə onu jurnalın üz qabığında yerləşdirməyə layiq görüb. 21 Qrand Şlem titulu ilə Serena rekordu qoruyub saxlayan Almaniyalı Stefi Qrafdan bir titul geridə qalır.

Ulliams 1983-cü ildən bəri SI mükafatını qazanan ilk qadındır. Sonuncu dəfə bu mükafatı alan qadın amerikalı Olimpiya Çempionu Meri Deker olub.

XS
SM
MD
LG