Accessibility links

Serena Uilliams ABŞ-da polis zorakılığından narahatdır


Serena Uilliams 18 yaşlı yaxın qohumunun təhlükəsizliyindən narahatdır.

35 yaşlı tenis ulduzu Facebook-da silahsız Afrika mənşəli amerikalılara qarşı polisin artmaqda olan orakılığından narahat olduğunu yazıb və bu barədə fikrini bildirib.

İdmançı yazır ki, onun yeniyetmə qohumu bir dəfə onu maşınında gəzdirib və yolun kənarında polisin dayandığını görüblər. Bu an idmançı polisin bir qadının gözü qarşısında sevgilisi Filando Kastileni öldürməsini xatırlayıb.

Və Serena dərhal avtomobili özü idarə etmədiyindən peşmanlıq hissi keçirməyə başlayıb.

O, hər kəsin pis adam olmadığını anladığını və bu kimi hadisələri cahil, qorxaq, təhsilsiz və hissyatsız insanların törətdiyini əlavə edib.

Uilyams 2015-ci ilin oktyabrında Qaradərililərin Həyatı Mühümdür hərəkatını dəstəkləyərkən polisin qəddarlığı və silah zorakılığından danışıb.

XS
SM
MD
LG