Accessibility links

Mehriban Əliyeva birinci vitse-prezident təyin edilib


Mehriban Əliyeva
Mehriban Əliyeva

Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib. Bu barədə prezident İlham Əliyev fevralın 21-də sərəncam imzalayıb.

2016-cı il sentyabrın 26-da Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilib. Referenduma konstitusiyaya prezidentlik müddətinin 7 ilədək artırılması, prezident iradəsinə bağlı vitse-prezidentlik institutunun yaradılması, prezident seçilmək üçün yaş həddinin aradan qaldırılması, prezidentə parlamenti buraxmaq və növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, mülkiyyət hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan dəyişkilklər edilməsi ilə bağlı məsələlər çıxarılıb.

Mehriban Əliyeva prezident İlham Əliyevin həyat yoldaşıdır.

Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

O, 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2005-ci ildə “Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.

O, 1983-cü ildə hazırki prezident İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.

Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti, "Yeni Azərbaycan" Partiyası sədrinin müavinidir. O, Milli Məclisin son üç çağırış deputatı olub.

XS
SM
MD
LG