Accessibility links

Sergey Markedonov: Ukraynada böhran Qarabağ münaqişəsinin həlli perspektivlərinə təsir edə bilər


Sergey Markedonov
Sergey Markedonov

Ukraynada baş verən hadisələr post-sovet məkanında mövcud münaqişələrə bu və ya digər şəkildə təsir göstərir, hadisələrin Denstrayanı münaqişəyə təsiri danılmazdır, Qarabağ münaqişəsinin həlli perspektivləri isə böyük narahatlq doğurur. Bu fikirləri tanınmış politoloq və münaqişələr üzrə təhlilçi, Rusiya Humanitar Universitetinin dosenti Sergey Markedonov Novqorod şəhərində Beynəlxalq və Regional Siyasət Mərkəzinin təşkil etdiyi tədbirdə tələbələr qarşısında çıxışı zamanı səsləndirib.

Təmas xəttində qızışan döyüşlərin ardınca Azərbaycan tankları Ağdam istiqamətində hərəkət edir. 2 avqust, 2014.
Təmas xəttində qızışan döyüşlərin ardınca Azərbaycan tankları Ağdam istiqamətində hərəkət edir. 2 avqust, 2014.

Ekspertin sözlərinə görə, Ukrayna münaqişəsi Dnestryanı bölgəyə ciddi təsir göstərib - belə ki, bu ərazidə 405 kilometr ümumi sərhəd mövcuddur. Sergey Markedonov Dnestryanı münaqişədə Ukraynanın rolunun artdığını bildirib. Eyni zamanda o hesab edir ki, Ukrayna və Rusiya Dnestryanı münaqişədə sülh prosesinin tərəfləri kimi çıxış edirdi, iki ölkə arasında hazırda yaranmış vəziyyətdə isə bunu demək çətindir.

Sergey Markedonov Qarabağ münaqişəsinin xüsusi narahatlıq doğurduğunu deyib. Onun sözlərinə görə, bu, Minsk formatında Qərb və Rusiyanın səylərini koordinasiya edə bilməsinə yaxşı bir nümunə idi. O, Qarabağ münaqişəsinin həlli səyləri çərçivəsində yeniləşdirilmiş Madrid prinsiplərinə dair konsensusun və müxtəlif yanaşmaların əldə edilə bildiyi məqamları vurğulayıb. “Rusiya və Qərb arasında bu gün mövcud qarşıdurmaya görə ATƏT-in Minsk qrupunun diplomatlarının qrupun formatından kənarda baş verənlərdən özlərini təcrid etməsi çox çətin olacaq,” deyə ekspert bildirib. Onun sözlərinə görə, münaqişədə vasitəçilik edən tərəflərin müvqelərində qeyri-müəyyənlik risklərin artmasına gətirib çıxarır. “Buna 1994-cü ildə mayın 12-də atəşkəsin tətbiq edilməsindən sonra onun ən ciddi şəkildə pozulması dəlalət edir,” deyə Sergey Markedonov əlavə edib.

Rusiya və Qərb arasında bu gün mövcud qarşıdurmaya görə ATƏT-in Minsk qrupunun diplomatlarının qrupun formatından kənarda baş verənlərdən özlərini təcrid etməsi çox çətin olacaq.

Abxaziya və Cənubi Osetiyadan danışan ekspert deyib ki, Urkaynada böhran bir tərəfdən, Gürcüstanın Avropa İttifaqı ilə assosiativ sazişin imzalanmasını sürətləndirib. Lakin buna cavab olaraq Rusiya və Abxaziya arasında müttəfiqlik və strateji tərəfdaşlığa dair razılaşma imzalanıb.

Sergey Markedonov çıxışında deyib: “Rusiyanın Abxaziya və Cənubi Osetiyada və ümumiyyətlə bütün de-fakto dövlətərə münasibəti fərqlidir. Rusiyanın bütünlüklə post-sovet məkanı ilə bağlı heç bir universal yanaşma tərzi yoxdur.”

XS
SM
MD
LG