Accessibility links

Azərbaycan və İran sərhəd məsələlərini müzakirə edib


Elçin Quliyev İranda səfərdədir
Elçin Quliyev İranda səfərdədir

Dekabrın 2-dən 4-dək Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyev İrana səfəri çərçivəsində İran Sərhəd Qoşunlarının komandanı Qasım Rza­yi, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Hüseyn Bagiri ilə görüşlər keçirib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, görüşlər zamanı dövlət sərhədində, dövlət sərhədindən bu­ra­­xılış məntəqələrində və Xəzər dənizində şərait, habelə onun növbəti dövrdə inkişaf tendensiyaları barədə fikir mübadiləsi aparılıb.

Elçin Quliyev İranda səfərdədir
Elçin Quliyev İranda səfərdədir

Sər­həd təhlükəsizliyinə təhdidlərə, o cüm­lədən beynəlxalq terror­çuluğa, narkotik vasitələrin qanunsuz dövriyyə­sinə, qaçaqmalçılığa, qeyri-le­qal miqrasiyaya və digər transsərhəd cinayət­lərə qarşı birgə müba­rizənin aparılmasının vacibliyi qeyd edilib.

“Ermənistan tərəfindən 20% torpaqlarının işğalı nəticə­sində Azərbaycan-İran sərhədinin 132 km hissəsinin nəzarətsiz qalmasının ciddi narahatlıq doğurması İran tərəfinin diqqətinə çat­dırılıb”, Mətbuat Mərkəzinin məlumatında deyilir.

Elçin Quliyev İranda səfərdədir
Elçin Quliyev İranda səfərdədir

Tərəflər eyni zamanda “Şimal-Cənub” nəqliyyat dəhli­zinin tərkib hissəsi kimi “Astara” dəmir yolu buraxılış məntəqəsinin fəaliy­yətinin təşkili, yüklərin və nəqliyyat vasitələrinin sərhədkeçmə prose­durlarının sadələşdirilməsi və sərhəd təhlükəsizliyi tədbirlərinin güc­lən­dirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıb. Hər iki ölkə vətəndaşlarının rahat səyahət etməsi, o cümlədən turizmin inkişafı məqsədi ilə “Astara” və “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqələrinin iş vaxtının uzadılmasının məqsədəuyğunluğu qeyd olunub.

Əvvəlki illərə nisbətən 2017-ci ildə dövlət sərhə­dindən keçən şəxslərin və nəqliyyat vasitələrinin həcminin artması, sərhəd pozma hallarının isə iki dəfə azalması vurğulanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG