Accessibility links

Sərhədi qanunsuz keçməyə cəhd edən silahlı şəxs zərəsizləşdirilib


Sərhəd Xidməti təlim zamanı
Sərhəd Xidməti təlim zamanı

İyunun 4-də Azərbaycanın Qusar rayonunun Yuxarı Zeyxur kəndi (Bakıdan 190 kilometr şimal) ərazisindəki sərhəd zastavasının yaxınlığında sərhədi pozmağa cəhd edən bir nəfər silahlı şəxs zərəsizləşdirilib.

Qusar rayon Prokurorluğunun xəbərində deyilir ki, bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib. Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu Vadim Zeynalov hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd "Makarov" tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.

Rayon hüquq mühafizə orqanlarındakı mənbə bildirib ki, Zeynalov Azərbaycan tərəfindən Rusiyaya istiqamətində sərhədi qanunsuz kecmək istəyib.

XS
SM
MD
LG