Accessibility links

Xəzərdə Azərbaycan sərhədini pozan İran vətəndaşları saxlanılıb


Xəzərdə Azərbaycanın sərhədini pozan İran vətəndaşları saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinin məlumatına görə, iyulun 24-də Xəzər dənizinin Azər­baycana mənsub olan bölməsində, Lənkəran rayonunun Nərimanabad qəsəbəsində İrandan olan sərhəd pozucuları Omid Ramazani və Rza Rəhimpur saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin hərbçiləri sərhəd pozucularını 3 saatadək təqib edib.

"Saxlanılmış qayığa və qayıqda olan İran və­tən­daşlarının üzərinə baxış zamanı 1 kiloqram tiryəkə oxşar maddə, 1 ədəd “Maqnum” markalı beşaçılan tüfəng, 3 ədəd patron və 1 ədəd bıçaq aşkar edilib", Mətbuat Mərkəzi bildirir.

Fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Azər­baycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

XS
SM
MD
LG