Accessibility links

Azərbaycan Sərhəd Xidmətinin gəmisi İran gəmisinin heyət üzvlərini xilas edib


Sərhəd Xidmətinin gəmiləri
Sərhəd Xidmətinin gəmiləri

Azərbaqycanın sərhəd gözətçi gəmisi oktyabrın 19-da Xəzər dənizində İranın “Nazmehr” yük gəmisində ağır vəziyyətdə olan heyət üzvlərini xilas edib. Bu barədə Azərbaycanın Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İrana məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərinin ilkin fərziyyəyə görə, zəhərlənməsi ilə əlaqədar təxirəsalınmaz köməklik istənilməsi barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizısinə məlumat daxil olub.

"Sərhəd gözətçi gəmisi “Nazmehr” yük gəmi­si­nə yan alaraq 12 nəfər heyət üzvündən (1 nəfər Ukrayna, 11 nəfər İran və­təndaşı) huşsuz vəziyyətdə olan 7 nəfəri gəminin göyərtəsinə götü­rərək sürətlə sahilə doğru hərəkət edib. İran vətəndaşları “Naz­mehr” quru yük gəmisindən təxliyə edilərkən gəmi kapitanı onlardan 3-də həyat əlamətlərinin olmama­sını bildirib. Sərhəd gözətçi gə­misində digər 4 nəfərə ilkin tibbi yardım göstərilib, qabaqlayıcı tədbirlər görülməklə təcili tibbi yardım maşınları ilə Abşeron dəniz limanına çağırılıb və xilas edilmiş heyət sahilə çıxarılaraq tibb briqadalara təhvil verilib. Bundan sonra “Nazmehr” quru yük gəmisinin kapitanı sərhəd gözətçi gəmisi ilə yenidən rabitə əlaqəsi saxlayaraq daha 4 nəfər heyət üzvünün vəziyyətinin pisləşməsini bildirib və köməklik göstərilməsini xahiş edib.

Sərhəd gözətçi gəmisi daha 4 nəfər heyət üzvünü də xilas edərək Abşeron dəniz limanına çatdırıb", xəbərdə qeyd edilir.

Xilas edilmiş gəmi heyəti Respublika Toksikologiya Mərkəzinə yerləşdirilib.

İranın Azərbaycandakı səfiri i Cavad Cahangirzadə deyib ki, hadisə nəticəsində 3 İran vətəndaşı dünyasını dəyişib.

“Səfirlik və konsulluq nümayəndələri xəstələrə baş çəkib, vəziyyətləri normallaşıb. Hazırda faktla bağlı araşdırmalar aparılır. Səfirlik bununla yanaşı, həmin gəminin işlədiyi şirkətlərlə də hadisə barədə danışıqlar aparır. Hadisə nəticəsində dünyasını dəyişən şəxslərin ailələrinə kompensasiyalar veriləcək", o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG