Accessibility links

Hesabat: Media azadlığı indiki qədər qorxunc olmayıb


Sərhədsiz Reportyorlar Təşkilatı qlobal medianın vəziyyətinə dair illik hesabat açıqlayıb. Hesabatda vəziyyətin indiki qədər qorxunc olmadığı bildirilir.

Demokratik hökumətlər fəaliyyətlərinin başlıca göstəricisi olan mətbuata ürəkbulandıran bəyanatar, maraqların toqquşması, repressiv qanunlar, hətta fiziki zorakılıqlar tətbiq edir

Media hüquqları təşkilatı ötən il demokratik ölkələrdə belə mətbuat azadlığında gerilmə müşahidə edildiyini açıqlayıb.

“Demokratik hökumətlər fəaliyyətlərinin başlıca göstəricisi olan mətbuata ürəkbulandıran bəyanatar, maraqların toqquşması, repressiv qanunlar, hətta fiziki zorakılıqlar tətbiq edir.”

Hesabatda bildirilir ki, mətbuata qarşı məhdudiyyətlər tətbiq edən Polşa, Macarıstan və Türkiyə kimi ölkələrdə avtoritar güc modeli nümayiş etdirilir.

Ümumilikdə 2017-ci ildə mətbuat azadlığında geriləmə ölkələrin 62 faizində müşahidə edilib. Norveç, İsveç, Finlandiya, Danimarka və Hollandiya jurnalizm azadlığı baxımından ön sıralarda yer alır.

Şimali Koreya bu siyahıda sonuncu yerdədir. Sərhədsiz Reportyorlar Təşkilatı bu ölkənin xalqına məhəl qoymadığı və terrora tabe tutduğunu bildirir.

Aşağı sıralarda Eritrea, Türkmənistan, Suriya və Çin yer alır.

İnkişaf əldə edilən ölkələrə Laos, Pakistan, İsveç, Birma və Filippin daxildir.

Vəziyyətin ağırlaşması Səudiyyə Ərəbistanı, Efiopiya, Maldiv və Özbəkistanda müşahidə edilib.

RSF bildirir ki Azərbaycan 180 ölkə içində 162-ci yerdədir. Qonşu Gürcüstan 64, Ermənistan 79, Rusiya 148, Türkiyə 155-ci yeri tutublar.

Azərbaycan ötənilki indeksdə 163-cü yerdə idi.

Amerika bu sırada 43-cü yeri tutur. 2016-cı ildən bu göstərici 2 xal enib.

ABŞ dövlət başçısı prezidentliyinin 3 ayı ərzində medianın fəaliyyətini tənqid edib. "Yalan media (dürüst media deyil) seçkilərdən sonra daha da pisləşib. Hər bir məlumat qərəzlidir. Biz onlara həqiqəti söyləməliyik!" - Tramp yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG