Accessibility links

Bakıda “Şərq Tərəfdaşlığı” energetika nazirləri görüşəcək


Avropa İttifaqı
Avropa İttifaqı

Sentyabrın 8-də Azərbaycan Energetika Nazirliyində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin 4-cü qeyri-rəsmi görüşü keçiriləcək.

Görüşdə Azərbaycanın energetika naziri Natiq Əliyev, Gürcüstanın Energetika naziri Kaxa Kaladze, Ukraynanın energetika və kömür sənayesi naziri Yuriy Prodan, Moldovanın iqtisadiyyat naziri Adrian Kandu, Belarusun energetika nazirinin müavini Vadim Zakreviskiy, Avropa Komissiyasının vitse-prezidenti Günter Ottinger və digər rəsmi şəxslər iştirak edəcək.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Bakı toplantısında “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində enerji təchizatı marşrutlarının diversifikasiyası və enerji təhlükəsizliyi” mövzusunda müzakirələr aparılacaq.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin energetika nazirlərinin bundan əvvəlki qeyri-rəsmi görüşləri 5 iyun 2012-ci ildə Kişinyovda, 12-13 fevral 2013-cü ildə Tbilisi şəhərində keçirilib.

XS
SM
MD
LG