Accessibility links

Səsdəki yorğunluğu müəyyən edən kompüter [Video]


Səsdəki yorğunluğu müəyyən edən kompüter
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Bu yaxınlarda milli yuxu fondunun apardığı araşdırmanın nəticələri göstərib ki, sürücülərin yarısı yuxulu ikən maşın sürür. ABŞ hökümətinin statistikasına əsasən, Birləşmiş Ştatlarda təxminən 72 min qəza və 800 ölüm halı yuxulu vəziyyətdə ikən maşın sürmək nəticəsində olub. Amma indi yeni texnologiya bu ictimai səhiyyə problemini aradan qaldırmağa yardım edə bilər.

Yeni sağlamlıq texnologiyasının arxasındakı fikir odur ki, səsdən yorğunluğu müəyyən etmək olur.

Biz müəyyən müddət ərzində bir insanın səsini bir neçə dəfə yazıb, həmin şəxsin səsinin modelini hazırlamağa çalışırıq. Bunu etməklə biz gün ərzidə baş verən hissedilməyən dəyişiklikləri görə bilərik
Mark Hakveyl

Bir qrup britaniyalı alim belə bir fikrə gəlib ki, əgər insanlar yorğun səslənə bilirsə, o zaman kompüteri bu yorğunluğu müəyyən etməyə kodlaşdırmaq olar.

“Biz müəyyən müddət ərzində bir insanın səsini bir neçə dəfə yazıb, həmin şəxsin səsinin modelini hazırlamağa çalışırıq. Bunu etməklə biz gün ərzidə baş verən hissedilməyən dəyişiklikləri görə bilərik”, deyə London Universitet Kollecindən Mark Hakveyl bildirir.

Vaxt keçdikcə bir neçə cəhddən sonra kompüter alqoritmi insanın səsində yorğunluğu 90 faiz dəqiqliklə müəyyən edə bilib.

“Məncə yenilik səsdə baş verən kiçik dəyişiklikləri müəyyən edəcək həssaslığa sahib alqoritm düzəltmək və onu həmin şəxsin səsinin normalda günün müxtəlif vaxtlarında necə səsləndiyini qeydə alan səs yazısı ilə müqayisə etməkdir. Əgər alqoritm günün həmin vaxtında qeydə alınan səs ilə üst-üstə düşmürsə, həmin insan ya həmişəkindən daha ayıq, ya da əksinə daha yorğundur”, Hakveyl söyləyir.

Alqoritm real həyatda tətbiq olunanda da çalışıb. Onu Peruda mədən avadanlıqlarını idarə edərkən sınaq keçiriblər.

Yorğunluq
Yorğunluq

Texnologiya yorğunluq səbəbilə baş verən qəzaların qarşısını almağa yardım edə bilər. Bəzi araşdırmalara görə, mədən qəzalarının 65 faizinə elə yorğunluq səbəb olur.

“Məqsəd sürücünün iş gorməsinin qarşısını almaq, onu məhkəməyə cəlb etmək və ya maşın sürməsinin qarşısını almaq deyil. Məqsəd sadəcə həm sürücünün sağlamlığını həm də maşının təhlükəsizliyini qorumaqdır”, Haykveyl deyir.

Şirkət kommersiya məhsulunu önümüzdəki illər ərzində satışa çıxarmağa ümid edir.

XS
SM
MD
LG