Accessibility links

Baş prokuror Seşşins Tramp-Rusiya əlaqələri haqda yalan söylədiyinə dair iddiaları rədd edir


ABŞ-ın baş prokuroru Ceff Seşşins Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verməzdən öncə
ABŞ-ın baş prokuroru Ceff Seşşins Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsi qarşısında ifadə verməzdən öncə

ABŞ-ın baş prokuroru Ceff Seşşins Donald Trampın seçki kampaniyası və Rusiya arasında əlaqələrin olmadığı haqda bundan əvvəl qanunvericilər qarşısında ifadə verərkən yalan söylədiyinə dair ittihamları rədd edib. Seşşins Konqresin Nümayəndələr Palatasının Ədliyyə komitəsində qanunvericilər qarşısında ifadə verib.

O, qanunvercilərə deyib ki, Trampın kampaniyası dövrü köməkçisi Corc Papadopolusla görüş zamanı onun Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün təşkili üçün kontaklarını müzakirə etdiyini xatırlamır. Halbuki mediada bu yaxınlarda verilmiş məlumatlarda Seşşinsin bu görüşdə olduğu bildirilir.

Trump kampaniyasının keçmiş köməkçisi Corc Papadopulos
Trump kampaniyasının keçmiş köməkçisi Corc Papadopulos

“Mən öz ifadələrimdə sizin bütün suallarınıza başa düşdüyüm və yaddaşım imkan verdiyi halda tam cavab vermək üçün əlimdən gələni edəcəm. Lakin mən and içəndən sonra yalan söylədiyim haqda ittihamları qəbul etmirəm və onları rədd edirəm”, Seşşins bildirib.

Baş prokurorun sonuncu dəfə Konqresin heyəti qarşısında oktyabr ayının ortalarında ifadə verməsindən sonra Trampın seçki kampaniyasının köməkçisi Corc Papadopulosun Trampın seçki qərargahının üzvlərinin Rusiya ilə mümkün əlaqələrini araşdıran Federal Təhqiqat Bürosuna yalan söylədiyini etiraf etdiyi haqda məlumatlar verilib.

Prokurorlar bildirir ki, 2016-cı ilin mart ayında, ABŞ prezident seçkilərinə altı ay qalmış Papadopulos Seşşinsə, Trampa və başqalarına Tramp-Putin görüşünü təşkil etmək üçün kontaktlara malik olduğunu deyib. Seşşins bildirib ki, o, Papadopulosun fikrinə qarşı çıxıb və seçki kampaniyası dövrü Tramp-Putin görüşü heç vaxt baş tutmayıb.

Yanvar ayında baş prokuror vəzifəsinə təsdiq edilmək üçün keçirilən dinləmələr zamanı Seşşins seçki kampaniyası və Rusiya arasında kommunikasiyalardan xəbərdar olmadığını bildirmişdi. Lakin o sonradan Rusiyanın o zaman Vaşinqtondakı səfiri Sergey Kislyakla görüşdüyünü etiraf etmişdi.

XS
SM
MD
LG