Accessibility links

Baş prokuror Seşşins Rusiya təhqiqatı çərçivəsində müstəntiqlərin suallarını cavablandırıb


ABŞ-ın baş prokuroru Ceff Seşşins

ABŞ-ın baş prokuroru Ceff Seşşins Rusiyanın 2016-cı ildə ABŞ prezident sçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat çərçivəsində keçən həftə xüsusi prokuror Müller tərəfindən dindirilib. Bu haqda məlumatı The New York Times qəzeti ABŞ Ədiyyə nazirliyinin sözçüsünə istinadən verib.

Qəzetinin bildirdiyinə görə, Seşşins Rusiya təhqiqatı və prezident Donald Trampın keçən ilin yanvar ayında vəzifəsinin icrasına başladığı vaxtdan ədalətin qarşısını almağa çalışıb-çalışmadığı ətrafında Müllerin daha geniş təhqiqatı ilə əlaqədar bir neçə saat ərzində suallara cavab verib.

Ədliyyə nazirliyinin sözçüsü İyan Prayor bu məlumatı Amerikanın Səsinə təsdiq edb, lakin əlavə detallar verməyib.

Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru, xüsusi prokuror Robert Müller
Federal Təhqiqatlar Bürosunun keçmiş direktoru, xüsusi prokuror Robert Müller

Seşşinsi müşayiət edən vəkili Çak Kuper isə şərh verməkdən imtina edib.

Xüsusi prokurorun ofisi də açıqlama verməyib.

Bu, prezidentin Federal Təhqiqatlar Bürosunun direktoru Ceyms Komini vəzifəsindən azad etməsindən sonra keçən ilin may ayında xüsusi prokuror təyin edilmiş Müllerin Rusiya təhqiqatı çərçivəsində Trampın cabinet üzvünü sorğu-sual etdiyi ilk haldır.

Komi iyun ayında Konqresin heyətinə Trampın ondan keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir Maykl Flinlə bağlı təhqiqata son qoymasını istədiyini bildirmişdi. Bu, Trampın ədalətin qarşısını almağa çalışıb-çalışmadığı haqda suallar qaldırıb.

Müllerin ofisindən bununla bağlı ictimaiyyətə açıqlama verilməsə də, onun komandasının bu məsələni nəzərdən keçirdiyinə inanılır.

XS
SM
MD
LG