Accessibility links

Seulda Hellouin şənliklərində yaranan izdiham nəticəsində onlarla insan ölüb


Seul. 30 oktyabr, 2022.
Seul. 30 oktyabr, 2022.

Cənubi Koreyanın fövqəladə hallar rəsmiləri deyir ki, ölkə paytaxtında gənclərin Hellouin bayramını qeyd etmək üçün toplaşdığı şənlik bölgəsində izdiham zamanı ən azı 146 nəfər olüb.

Şənbə günü Hellouin qeyd edən izdihamın toplaşdığı Seulun İtaevon ərazisində həmçinin 150-dən çox insan xəsarət alıb. Bu barədə rəsmilər gecə yarısı keçirilən mətbuat konfransında məlumat verib.

Seulun mərkəzində yerləşən İtaevon ərazisində əcnəbilər və yerli sakinlər arasında populyar olan gecə klubları və barlar yerləşir.

Rayon Hellouini qeyd edən insanlarla dolu olub. Yerli media Hellouin şənlikləri üçün orya 100 mindən çox insanın toplaşdığını təxmin edir.

Hamilton otelinin arxasından dəyənəklərlə düzülmüş dar bir küçədə başlayan təlaşın nədən qaynaqlandığı dərhal bəlli olmayıb.

Amerikanın Səsinin hadisə yerind olan müxbirinin məlumatına görə, bazar gününə keçən gecə saat 3-də İraevondakı müəssisələrin önündə hələ də böyük izdiham qalmağa davam edib. Yaxınlıqda isə fövqəladə hall rəsmiləri cəsədləri təcili tibbi yardım maşınlarına daşıyıb.

Bir şahid Amerikanın Səsinə deyib ki, ilkin hərc-mərclik zamanı o, yerdə uzanan insanların ya çox içkili olduğunu ya da huşlarını itirdiklərini düşünüb, amcaq daha sonra onların xəsartə aldıqlarını ya da öldüklərini öyrənib. Həmin şahid vəziyyətin həssas olması səbəbindən adını açıqlamayıb.

İnsidentdən bir neçə saat sonra insanlar hələ də şok vəziyyətində olub, bəziləri gülərək, bəziləri isə ağlayaraq vəziyyəti dərk etməyə çalışıblar.

Rəsmilər ölənlər və yaralananlar arasında neçə əcnəbinin olduğuna dair məlumat paylaşmayıblar. Onlar cəsədlərin kimliklərini müəyyən etməyin çətin olduğunu deyib, çünki onların çoxu Helluin kostyumunda olub və əksəriyyətinin üzərində şəxsiyyətlərini müəyyən edən sənədlər olmayıb.

Daha öncə sosial mediada paylaşılan şəkil və videolarda hadisə yerində hərc-mərcliyin olduğu göstərilib. Belə ki, şənliklərdə iştirak edən və çoxu Hellouin kostyumu geyinən insanlar yaralıları həyata qaytarmağa çalışıb.

Cənubi Koreyanın prezidenti Yun Suk Yeol hökumətin gecə saatlarında gördüyü cavab tədbirinə rəhbərlik edib. Bu barədə onun ofisi müxbirlərə məlumat verib. Avropada səfərdə olan Seulun meri Oh Se-hun geri qayıtmağa qərar verib.

XS
SM
MD
LG