Accessibility links

Səudiyyə Ərəbistanının korrupsiya ilə əlaqədar həbs edilənlərdən 23 nəfəri azad etdiyi bildirilir


Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman İslam Əks-Terror Koalisiyasının müdafiə nazirlərinin Ər-Riyadda keçirilən toplantısında çıxış edir, 26 noyabr 2017.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman İslam Əks-Terror Koalisiyasının müdafiə nazirlərinin Ər-Riyadda keçirilən toplantısında çıxış edir, 26 noyabr 2017.

Səudiyyə Ərəbistanı korrupsiya ittihamları əsasında noyabr ayından saxlanılan 200 nüfuzlu şəxsdən 23-nü hökumətlə razılıq əldə edildikdən sonra azad edib. Bu haqda Okaz qəzeti məlumat verib. Azad edilən şəxslərin adları açıqlanmayıb.

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin Salmanın başçılığı ilə anti-korrupsiya kampaniyası çərçivəsində kral ailəsinin üzvləri, iş adamları və hökumət rəsmiləri də daxil olmaqla böyük qrup insan noyabr ayında həbs edilmişdi.

Şübhəlilər paytaxt Ər-Riyadın Ritz Carlton lüsk mehmanxanasında saxlanılır. Onların azad edilmək müqabilində aktivləri və nağd pullarını təhvil verməsi istənilib.

Okza qəzetinin verdiyi məlumata görə, qarşıdan gələn günlərdə saxlanılan şəxslərdən daha çoxunun azad ediləcəyi gözlənilir. Onlara qarşı ittihamları qəbul etməyən şəxslərin isə məhkəmə işlərinin başlanacağı deyilir.

Səudiyyə Ərəbistanı rəsmiləri bildirib ki, onlar bu razılaşmalara şantaj deyil, on illər ərzində dünyanın ən böyük neft istehsalçısı olan ölkədən qeyri-qanuni çıxarılmış pulların geri qaytarılması haqda öhdəliyin yerinə yetirilməsi kimi baxır.

Sosial mediada yerləşdirilmiş video görüntülərdə Saudi Telecom şirkətinin keçmiş rəhbəri Səud Əl-Davişin onunla yaxşı rəftar olunduğu dediyi nümayiş etdirilib.

Səudiyyə Ərəbistanı rəsmiləri hələlik bununla bağlı açıqlama verməyib.

XS
SM
MD
LG