Accessibility links

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya Yəmən paytaxtında aeroportu bombalayıb


Yəməndə şiə üsyançılara qarşı mübarizə aparan Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya paytaxt Sənada üsyançıların nəzarətində olan aeroportu bombalayıb. Bu haqda Yəmən rəsmiləri məlumat verib. Lakin bombardman nəticəsində vurulan zərərin miqyası ilə bağlı ziddiyyətli məlumatlar verilir.

BMT aeroportun əsas hissəsinə zərər dəymədiyini və hava limanının yenidən göndərilməyə başlayacaq yardımla bağlı yükləri qəbul edə biləcəyini bildirib. Koalisiya qüvvələri blokadanın yüngülləşdirilməsini elan etməsindən sonra təşkilat müharibədən zərər çəkən Yəmənə yardımın yenidən çatdırılmasına başlayır.

Lakin Huti üsyançılarının nəzarətində olan paytaxt Sənadakı Yəmən rəsmiləri aeroportun eniş xətləi və nəzarət qülləsinə zərər dəydiyini blidirib. Müxbirlərlə danışmaq səlahiyyətləri olmadığı üçün adlarının açıqlanmasını istəməyən rəsmilər bərpa işlərinin artıq başladığını əlavə edib.

Yəmənlilər Sənada ərzaq yardımı almaq üçün sənəd təqdim edir
Yəmənlilər Sənada ərzaq yardımı almaq üçün sənəd təqdim edir

BMT-nin Humanitar İşlər üzrə Koordinasiya ofisinin nümayəndəsi Ceymi Makqoldrik deyib ki, BMT işçiləri aeroportu ziyarət edib və orada rəsmilərlə danışıb. O, eniş xətti, terminal və nəzarət qülləsinə zərər dəymədiyini və hava limanının yaxşı vəziyyətdə olduğunu deyib.

“Yenidən başladıqda bizim əməliyyatlarımıza bunun heç bir təsiri olmayacaq”, Makqoldrik İordaniyada Əmmandan göndərdiyi email mesajında yazıb.

ABŞ-ın başçılığı ilə koalisiya 2015-ci ildən Yəməndə Huti şiə üsyançılarına qarşı döyüşlərdə iştirak edir. Koalisiya keçən həftə Ər-Riyada ballistik raket hücumuna cavab olaraq Yəmənin hava, quru və dəniz limanlarını bağlayıb.

Koalisiya bazar ertəsi günü müttəfiq qüvvələrin nəzarətində olan ərazilərdəki limanları açacağını və Ər-Riyad beynəlxalq aeroportu yaxınlığında aşkar edilən raketin atılmasından sonra tətbiq etdiyi məhdiyyətləri aradan qaldıracağını bildirib.

XS
SM
MD
LG