Accessibility links

Səudiyyə Ərəbistanı anti-korrupsiya kampaniyasının qeyri-qanuni maliyyə axınına qarşı beynəlxalq quruma üzvlüyə yol açacağına ümid edir


Vəliəhd, şahzadə Məhəmməd bin Salman
Vəliəhd, şahzadə Məhəmməd bin Salman

Səudiyyə Ərəbistanı korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində həbslər aparmaqla qeyri-qanuni pulların axınına qarşı beynəlxalq Maliyyə Əməliyyatlarına dair İşçi Qrup adlı quruma qoşulacağına ümid bəsləyir.

Səudiyyə Ərəbistanı krallığı İndoneziya ilə birlikdə Böyük 20-lər qrupunda bu quruma üzv olmayan yeganə iki ölkə olaraq qalır. Krallıq korrupsiyanın və terrorizmin maliyyələşdirilməsinin mənbəyi olduğu haqda imicini dəyişdirmək üçün illərdir quruma üv olmağa çalışır.

Ölkənin 37 üzvlük quruma qoşulmaq üçün 2010-cu ildə etdiyi sonuncu cəhd müvəffəqiyyətsizliklə nəticələnib. Bəzi lobbiçilər Səudiyyə Ərəbistanının gələn ilin ortalarında keçiriləcək səsvermədən öncə yeni cəhdinə də etiraz edə bilər.

Quruma üzvlük Ər-Riyadın bir neçə milyard dollarlıq trasformasiya planının dəstəklənməsi üçün xarici investorları cəlb etmək və öz banklarının qlobal maliyyə sistemində əlaqələrini genişləndirmək istədiyi vaxt beynəlxalq nüfuzunu gücləndirə bilər.

Keçən ay vəliəhd Məhəmməd bin Salmanın təşəbbüsü ilə krallıqda onlarla yüksək səviyyəli iş adamı və hökumət rəsmisi korrupsiya ilə əlaqədar həbs edilib. Onlara qarşı çirkli pulların yuyulması da daxil olmaqla müxtəlif ittihamları irəli sürülüb.

Siyasi təhlilçilərin fikrincə, gələcək kral bu addımla həm də hakimiyyətə öz nəzarətini gücləndirməyə çalışır.

İki mindən çox bank hesabının dondurulması kimi atılmış addımlar Səudiyyə Ərəbistanının çirkli pulların yuyulmasına qarşı mübarizə sistemi üçün bir sınaq olmuş və bu systemin kifayət qədər effektiv olduğunu göstərmişdir.

XS
SM
MD
LG