Accessibility links

Səudiyyə Ərəbistanı Yəmənə qarşı hava hücumu həyata keçirib


Səudiyyə Ərəbistanı və müttəfiq qüvvələri qonşu Yəməndəki hədəflərə qarşı hava hücumları həyata keçirib. Rəsmi Ər-Riyad 2015-ci ilin mart ayından bəri orada İranın dəstəklədiyi şiə Huti militant qüvvələrinə qarşı mübarizə aparan hərbi ittifaqa başçılıq edir.

Alhurra hava hücumlarının paytaxt Sənada Milli Təhlükəsizlik binasını, Daxili İşlər Naziri və digər mövqeləri hədəf aldığı barədə məlumat verir.

Bu hücümlar ölkənin ordusu Yəməndə atılan və Ər-Riyadın şimalında yerləşən Kral Xalid Beynəlxaq Hava Limanını hədəf alan balistik raketə müdaxilə etdiyini bildiridəndən sonraya təsadüf edib.

Yəməndə İranın dəstəklədiyi Huti döyüşçüləri raketin məsuliyyətini üzərinə alıb.

Səudiyyə Ərəbistanı 2014-cü ildə İranın dəstəklədiyi Hutu üsyançıları Sənada prezident Əbu Rabu Mansuru devirəndən bəri vətəndaş müharibəsinə qərq olunan Yəməndə hərbi kampaniya aparır.

XS
SM
MD
LG