Səudiyyə Ərəbistanı terror hücumlarının təşkilində ittiham olunan 47 nəfər haqqında çıxarılmış ölüm hökmünü icra edib.
Aralarında bir misir və bir də çadlı olan 47 nəfərdən 45-i yerli sakinlərdir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, ölüm hökmü ölkənin 12 ayrı-ayrı hissəsində icra olunub.
Haqqında edam cəzası çıxarılan şəxslər arasında "Əl-Qaidə" terror təşkilatının Səudiyyə Ərəbistanındakı liderlərindən olan Faris Əl-Zəhrani və şiə din xadimi Nimr-Əl Nimr da var.
Nimr-Əl Nimr Səudiyyə Ərəbistanı əhalisinin 15 faizini təşkil edən şiələrin sıxışdırılmasına etiraz edən din xadimlərindən biri olub.