Accessibility links

Səudiyyə Ərəbistanına təzyiqlər davam edir


Səudiyyə Ərəbistanına təzyiqlər davam edir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Türkiyə müstəntiqlərinin Washington Post qəzetinin yazarı Camal Xaşuqcinin Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğundakı qətli ilə bağlı sızan məlumatlara görə Səudiyyə Ərəbistanına təzyiqləri davam edir. Avropa liderləri də öz növbəsində jurnalistlə nə baş verdiyi barədə təcili məlumat tələb edir. Türkiyə prezidenti Rəcəp Təyyib Ərdoğan jurnalistin qəsdən öldürüldüyünü deyib.

Jurnalist Camal Xaşuqcinin ölümü ilə bağlı demək olar ki, hər gün yeni məlumat verilir. Bazar ertəsi Türkiyə mənbələri Xaşuqciyə bənzər bir şəxsin onun geyimində konsulluqdan ayrıldığını göstərən video nümayiş etdirib. Türkiyə xəbərlərində oktyabrın 2-də Xaşuqcinin işkəncələrə məruz qalaraq öldürüldüyü və doğrandığı deyilir. Səudiyyəlilər cəsədin harada olduğunu demir.

Birləşmiş Ştatlar prezidenti bazar ertəsi jurnalistlərə Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Bin Salmanla danışdığını deyib. "Hazırda bizim Səudiyyə Ərəbistanında adamlarımız var. Bizim Türkiyədə də yüksək səviyyəli kəşfiyyat işçilərimiz var. Görək nə olacaq, sabah mən çox şey öyrənəcəm” deyə, Donald Tramp bildirib.

Almaniya kansleri Angela Merkel qətl hadisəsini qınayaraq, bunun nəticələri olacağını bildirib. “Nə baş verdiyi təcili olaraq aydınlaşdırılmalıdır. Hələ də məsələ aydınlaşdırılmayıb və buna görə cavabdeh olanlar məsuliyyətə cəlb edilməyib. Üçüncüsü isə mən hazırkı şəraitdə məhdud qaydada olsa da silah ixracatının mümkün olmadığını deyənlərlə tam razıyam.”

Donald Tramp Səudiyyə Ərəbistanına silah satışını dayandırmağa hazır olmadığını bir daha bəyan edib. Qətllə bağlı hiddətli reaksiyalar və Səudiyyə Ərəbistanının işi ört-basdır edə biləcəiyi ilə bağlı narahatlıqlar fonunda bəzi ekspertlər Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğanın olayın gizli məqamları ilə bağlı açara malik olduğunu və informasiyadan öz xeyrinə necə istifadə etməyin yollarını aradığını söyləyir.

ABŞ-ın sabiq müdafiə naziri Leon Panetta: “Bir tərəfdən, baş verənlərlə bağlı zəif bir bəhanə gətirilsə, o, Səudiyyə Ərəbistanı ilə sövdələşmə apara bilər. Və türklər Səudiyyə Ərəbistanından iqtisadi yarıdımın müqabilində bunu müəyyən dərəcədə dəstəkləyə bilər. Bu, onlar üçün cəlbedici variant ola bilər.”

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG